Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin: USQ-yə əmrləri Ukraynada hakimiyyəti qəsb edən şəxs verir

© Sputnik / Пресс-служба Госдумы РФ / Mediabanka keçidRusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin  - Sputnik Azərbaycan, 1920, 21.12.2024
Abunə olmaq
Siyasətçi hesab edir ki, Ukraynada legitim hakimiyyət olmadan danışıqlar barədə danışmağın mənası yoxdur.
BAKI, 21 dekabr — Sputnik. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Prezident Vladimir Putinlə birbaşa xəttin nəticələrinə dair bir neçə açıqlama verib. O, Ukraynadakı vəziyyətə xüsusi diqqət yetirərək, ölkənin "qeyri-qanuni qüvvələr" tərəfindən idarə olunduğunu qeyd edib.
Bu barədə siyasətçi öz "Telegram" kanalında yazıb.
Volodinin fikrincə, əsas məsələ - məhz kiminlə danışıqlar aparılacağı həll olunmayana qədər siyasi danışıqlarla bağlı söhbətlər mənasızdır. Rusiya lideri bildirib ki, Vladimir Zelenskinin dövlət başçısı kimi səlahiyyətləri başa çatıb və o, Ukrayna xalqını təmsil edə bilməz. Dövlət Duması da bu fikirlə razıdır.
"Bu gün Ukraynada legitim dövlət başçısı yoxdur. Silahlı qüvvələrə əmrləri hakimiyyəti ələ keçirən şəxs verir. Ona görə də Ukraynada seçkilər keçirmək lazımdır ki, vətəndaşlar kimin prezident olacağını müəyyən etsinlər", - Volodin vurğulayıb.
Xatırladaq ki, Vladimir Putin yekun mətbuat konfransı zamanı demişdi ki, əgər Ukraynanın birinci şəxsi qeyri-legitimdirsə, deməli, bütün hökumət qeyri-legitimdir.
Xəbər lenti
0