Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan və Rusiya Şimal-Cənub BND ilə dəmir yolu daşımalarının mexanizmini hazırlayır

© Photo : Ministry of Transport of the Russian FederationRusiya Nəqliyyat Nazirliyində Rusiya Federasiyasının nəqliyyat naziri Roman Starovoyt ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib
Rusiya Nəqliyyat Nazirliyində Rusiya Federasiyasının nəqliyyat naziri Roman Starovoyt ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib - Sputnik Azərbaycan, 1920, 21.12.2024
Abunə olmaq
Rusiya və Azərbaycan Şimal-Cənub BND-nin inkişafı çərçivəsində əməkdaşlığı genişləndirir.
BAKI, 21 dekabr - Sputnik. Rusiya Nəqliyyat Nazirliyində Rusiya Federasiyasının nəqliyyat naziri Roman Starovoyt ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib. Bu barədə Rusiya Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, gündəliyin əsas mövzusu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı çərçivəsində qarşılıqlı fəaliyyət olub. Nazirlər Rusiya Federasiyası Hökuməti sədrinin müavini Vitali Savelyevin iştirakı ilə Rusiya və Azərbaycan hökumətləri arasında İTC ilə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında sazişi imzalayıblar.

“Bugünkü saziş bütün Şimal-Cənub dəhlizinin inkişafı üçün tarixi və əsasdır. İnfrastruktur layihələrimiz faktiki olaraq ən azı 15 milyon ton daşıya biləcəyimizi təmin etməyə yönəlib və yükgöndərənlər bu dəhlizdə maraqlıdırlar. Bütövlükdə Bəndər Abbas limanına gedən dəmir yolu bütün dəhlizin intensiv inkişafı üçün iqtisadi şərait yaradacaq”, - deyə Vitali Savelyev vurğulayıb.

© Photo : Ministry of Transport of the Russian FederationRusiya Nəqliyyat Nazirliyində Rusiya Federasiyasının nəqliyyat naziri Roman Starovoyt ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib
Встреча Министра транспорта Российской Федерации Романа Старовойта с Министром цифрового развития и транспорта Азербайджанской Республики Рашадом Набиевым - Sputnik Azərbaycan, 1920, 21.12.2024
Rusiya Nəqliyyat Nazirliyində Rusiya Federasiyasının nəqliyyat naziri Roman Starovoyt ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib
Qeyd olunur ki, saziş Şimal-Cənub BND-nin qərb marşrutu üzrə dəmir yolu yükdaşımaları və infrastrukturun inkişafının əlaqələndirilməsi mexanizmini yaradacaq. Malların dövlət sərhədindən keçirilməsi prosedurlarını asanlaşdıran şərtlər yaranacaq.
Dəmir yolu ilə yükdaşımaların həcminin artırılması nəzərdə tutulur. Daşımaların həcminin artım templəri ilə dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafı arasında tarazlıq da təmin ediləcək.

"2023-cü ilin sonunda, eləcə də 2024-cü ilin 11 ayında dəmir yolu ilə yükdaşımalarda artım müşahidə olunur. Rusiya aviaşirkətləri tərəfindən sərnişin və yüklərin daşınması xeyli artıb. Avtomobil nəqliyyatı ilə yükdaşımalarda da artım müşahidə olunur. Ötən il Yaraq-Kazmalyar avtomobil keçid məntəqəsinin yenidən qurulması başa çatdırılıb", - məlumatda deyilir.

Qeyd olunur ki, Tagirkent-Qazmalar və Novo-Filya keçid məntəqələrinin modernləşdirilməsindən sonra Rusiya tərəfində ümumi keçid qabiliyyəti 500 nəqliyyat vasitəsi - sutkada 3 minə qədər artacaq. Dekabrın 25-dən Tagirkent-Qazmalarda yük avtomobilləri üçün elektron növbə fəaliyyətə başlayacaq.
Həmçinin, Dərbənd dəmir yolu keçid məntəqəsi 2027-ci ilə qədər modernləşdiriləcək. Bu il “Yaraq-Qazmalar” və “Samur” buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün istismarı və saxlanılmasına dair hökumətlərarası saziş imzalanıb.
R-217 “Qafqaz” avtomobil yolunun 4 zolağa genişləndirilərək əsaslı təmiri başa çatdırılıb. Xasavyurt, Dərbənd və Mahaçqalada dolama yollarının tikintisi üzrə işlər aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qafqaz avtomobil yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 03.12.2024
İQTİSADİYYAT
Rusiyanı Azərbaycanla birləşdirən avtomobil yolu 2030-cu ilə qədər dördzolaqlı olacaq
Xəbər lenti
0