Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda saxta valyuta istifadə edənlərə qarşı əməliyyat keçirildi

© Sputnik / Murad OrujovSaxta valyuta, arxiv
Saxta valyuta, arxiv - Sputnik Azərbaycan, 1920, 20.12.2024
Abunə olmaq
Paytaxt sakini 4 nəfər naməlum şəxsin ondan satışa qoyduğu 3 ədəd mobil telefonu alaraq əvəzində 5000 ABŞ dolları verdiyini, sonradan həmin əsginasların saxta olması ilə bağlı polisə müraciət edib.
BAKI, 20 dekabr — Sputnik. Bakıda saxta valyuta ilə mobil telefon və elektron cihazların alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı polis əməliyyat keçirib.
Paytaxt sakini 4 nəfər naməlum şəxsin ondan satışa qoyduğu 3 ədəd mobil telefonu alaraq əvəzində 5000 ABŞ dolları verdiyini, sonradan həmin əsginasların saxta olması ilə bağlı polisə müraciət edib.
Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı İsmayılov Elnur, 60 yaşlı Nəsrullayev İrac, 44 yaşlı Vəliyev Asif və 33 yaşlı Məmmədov İlham müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır, saxta valyutanın mənbəyi öyrənilir.
Xəbər lenti
0