https://sputnik.az/20241219/putin-rusiyanin-hansi-hallarda-nuve-reaksiyasi-vereceyini-aciqladi-469522268.html
Putin Rusiyanın hansı hallarda "nüvə reaksiyası" verəcəyini açıqladı
Putin Rusiyanın hansı hallarda "nüvə reaksiyası" verəcəyini açıqladı
Sputnik Azərbaycan
Rusiya prezidenti bildirib ki, istənilən qeyri-nüvə dövlətinin təcavüzü, nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə təcavüzü, onlar tərəfindən Rusiya... 19.12.2024, Sputnik Azərbaycan
2024-12-19T17:33+0400
2024-12-19T17:33+0400
2024-12-19T17:33+0400
rusiya prezidenti vladimir putin
rusiya
nüvə doktrinası
belarus
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/13/469522091_0:0:2922:1645_1920x0_80_0_0_0df0d5ba1ff470c67346fbc41cafbda4.jpg
BAKI, 19 dekabr — Sputnik. Rusiya Belarusun təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək. Bunu Rusiya prezidenti Vladimir Putin mətbuat konfransı ilə birgə birbaşa xəttdə bildirib. "Nüvə silahlarına nəzarətlə bağlı başqa bir komponent var. Elan etdik ki, İttifaq dövlətinin üzvü olan müttəfiqimiz Belarus üçün eyni təhdidlər yaradılarsa, Rusiya Federasiyası buna eyni şəkildə baxacaq. Rusiyanın özü üçün də oxşar təhdidlərin yaradılmasına qarşı biz Belarusun təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcəyik. Hesab edirəm ki, bu, Rusiya Federasiyasının yenilənmiş nüvə strategiyasının çox mühüm tərkib hissəsidir" - prezident bildirib. Xatırladaq ki, noyabrda Rusiya Prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasının - nüvə çəkindirməsi sahəsində dövlət siyasətinin əsaslarının - təsdiq edilməsi haqqında fərman imzalayıb. O əlavə edib ki, hər hansı qeyri-nüvə dövlətinin təcavüzü, lakin nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə təcavüzü, onlar tərəfindən Rusiya Federasiyasına birgə hücum hesab ediləcək:"Bundan əlavə, suverenliyinə hətta adi silahla belə kritik təhlükə yaranarsa, İttifaq dövlətinin üzvü kimi Belarusa hücum edilərsə, hərbi təyyarələr, qanadlı raketlər, pilotsuz uçan təyyarələr və uçuş aparatları kütləvi şəkildə işə salınarsa və onların Rusiya sərhədindən keçməsi qeydə alınarsa, Rusiyanın nüvə reaksiyası mümkündür". Rusiyanın nüvə doktrinası bundan öncə 2020-ci ilin iyununda təsdiqlənib. O, 10 il əvvəl qəbul edilmiş oxşar sənədi əvəz edib.
https://sputnik.az/20241219/xhe-zonasinda-veziyyet-keskin-sekilde-deyisir---putin-469521952.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/13/469522091_0:0:2676:2006_1920x0_80_0_0_27a49929271963a157caf3e432f9fa97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, nüvə doktrinası, belarus
rusiya prezidenti vladimir putin, nüvə doktrinası, belarus
Putin Rusiyanın hansı hallarda "nüvə reaksiyası" verəcəyini açıqladı
Rusiya prezidenti bildirib ki, istənilən qeyri-nüvə dövlətinin təcavüzü, nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə təcavüzü, onlar tərəfindən Rusiya Federasiyasına birgə hücum hesab ediləcək.
BAKI, 19 dekabr — Sputnik. Rusiya Belarusun təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək. Bunu Rusiya prezidenti Vladimir Putin mətbuat konfransı ilə birgə birbaşa xəttdə bildirib.
"Nüvə silahlarına nəzarətlə bağlı başqa bir komponent var. Elan etdik ki, İttifaq dövlətinin üzvü olan müttəfiqimiz Belarus üçün eyni təhdidlər yaradılarsa, Rusiya Federasiyası buna eyni şəkildə baxacaq. Rusiyanın özü üçün də oxşar təhdidlərin yaradılmasına qarşı biz Belarusun təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcəyik. Hesab edirəm ki, bu, Rusiya Federasiyasının yenilənmiş nüvə strategiyasının çox mühüm tərkib hissəsidir" - prezident bildirib.
Xatırladaq ki, noyabrda Rusiya Prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasının - nüvə çəkindirməsi sahəsində dövlət siyasətinin əsaslarının - təsdiq edilməsi haqqında fərman imzalayıb.
"Doktrinanın əsas prinsipi: nüvə silahı - ölkənin suverenliyinin qorunması üçün son tədbirdir. Eyni zamanda, yeni hərbi təhdidlərin və risklərin yaranması ilə əlaqədar Rusiya nüvə silahından istifadəyə icazə verən parametrləri dəqiqləşdirməli oldu. Xüsusilə, nüvə çəkindirməsinin şamil edildiyi dövlətlərin və hərbi ittifaqların kateqoriyası genişləndirilib. Hərbi təhdidlərin siyahısı artırılıb, bunların zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər tələb edilir" - Putin deyib.
O əlavə edib ki, hər hansı qeyri-nüvə dövlətinin təcavüzü, lakin nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə təcavüzü, onlar tərəfindən Rusiya Federasiyasına birgə hücum hesab ediləcək:
"Bundan əlavə, suverenliyinə hətta adi silahla belə kritik təhlükə yaranarsa, İttifaq dövlətinin üzvü kimi Belarusa hücum edilərsə, hərbi təyyarələr, qanadlı raketlər, pilotsuz uçan təyyarələr və uçuş aparatları kütləvi şəkildə işə salınarsa və onların Rusiya sərhədindən keçməsi qeydə alınarsa, Rusiyanın nüvə reaksiyası mümkündür".
Rusiyanın nüvə doktrinası bundan öncə 2020-ci ilin iyununda təsdiqlənib. O, 10 il əvvəl qəbul edilmiş oxşar sənədi əvəz edib.