https://sputnik.az/20241219/kecmise-qayitmaq-mumkun-olsaydi-ukraynada-xususi-emeliyyatla-bagli-dusunerdim---putin-469530832.html
Keçmişə qayıtmaq mümkün olsaydı, Ukraynada "xüsusi əməliyyat"la bağlı düşünərdim - Putin
Keçmişə qayıtmaq mümkün olsaydı, Ukraynada "xüsusi əməliyyat"la bağlı düşünərdim - Putin
Sputnik Azərbaycan
Rusiya prezidenti xatırladıb ki, Kiyev hakimiyyəti kütləvi qırğın silahlarına dair iddialar irəli sürdü və Minsk razılaşmalarından imtina etdi. 19.12.2024, Sputnik Azərbaycan
2024-12-19T18:20+0400
2024-12-19T18:20+0400
2024-12-19T18:20+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
kiyev
ukrayna
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/13/469528216_0:0:3144:1770_1920x0_80_0_0_2d8f89ceb3102e405e61741df96068ff.jpg
BAKI, 19 dekabr — Sputnik. Keçmişə qayıtmaq imkanı olsaydı, hazırda baş verənləri bilə-bilə Ukraynada "xüsusi əməliyyat"la bağlı qərar barədə düşünərdim. Bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, "xüsusi əməliyyat"a başlamaq üçün əvvəlcədən hazırlıq görmək lazım idi: "Biz isə heç bir xüsusi hazırlıq görmədən əməliyyatlara başladıq. Çünki artıq dözmək, yerində dayanmaq mümkün deyildi. Kiyev hakimiyyəti kütləvi qırğın silahlarına dair iddialar irəli sürdülər və Minsk razılaşmalarından imtina etdilər. Bizi aldatdılar və belə hərəkət etməyə məcbur qoydular". Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi". Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/13/469528216_157:0:2888:2048_1920x0_80_0_0_b59c46b48423879318be8a7a74d0163c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, rusiya prezidenti vladimir putin, kiyev, ukrayna, xüsusi hərbi əməliyyat
putin, rusiya prezidenti vladimir putin, kiyev, ukrayna, xüsusi hərbi əməliyyat
Keçmişə qayıtmaq mümkün olsaydı, Ukraynada "xüsusi əməliyyat"la bağlı düşünərdim - Putin
Rusiya prezidenti xatırladıb ki, Kiyev hakimiyyəti kütləvi qırğın silahlarına dair iddialar irəli sürdü və Minsk razılaşmalarından imtina etdi.
BAKI, 19 dekabr — Sputnik. Keçmişə qayıtmaq imkanı olsaydı, hazırda baş verənləri bilə-bilə Ukraynada "xüsusi əməliyyat"la bağlı qərar barədə düşünərdim.
Bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, "xüsusi əməliyyat"a başlamaq üçün əvvəlcədən hazırlıq görmək lazım idi: "Biz isə heç bir xüsusi hazırlıq görmədən əməliyyatlara başladıq. Çünki artıq dözmək, yerində dayanmaq mümkün deyildi. Kiyev hakimiyyəti kütləvi qırğın silahlarına dair iddialar irəli sürdülər və Minsk razılaşmalarından imtina etdilər. Bizi aldatdılar və belə hərəkət etməyə məcbur qoydular".
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.