Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda məşhur bazar sökülür: İcarədarlar qəzəbləniblər

© Sputnik / Zullfiye GuluyevaBakıda “Vosmoy bazarı” kimi tanınan ərazidə aparılan söküntü işləri
Bakıda “Vosmoy bazarı” kimi tanınan ərazidə aparılan söküntü işləri - Sputnik Azərbaycan, 1920, 19.12.2024
Abunə olmaq
Paytaxtın Nərimanov rayonundakı bazarın sökülməsi layihəyə əsasən, “Koroğlu” metrostansiyasını Həsən Əliyev küçəsi ilə birləşdirəcək yeni yolun tikintisi ilə bağlıdır.
BAKI, 19 dekabr - Sputnik. Bakının məşhur “Keşlə” bazarının icarədarlarına yanvarın 1-dək ərazini boşaltmaq tapşırılıb. Bu qərar artıq verilən müddəti qeyri-kafi hesab edən satıcıların hiddətinə səbəb olub.
“Bizə bazarı tərk etmək üçün cəmi 13 gün vaxt verildi, ən azı dörd aya qədər müddətin uzadılmasını xahiş edirik” - kirayəçilər şikayətləniblər.
Sahibkarlar qeyd ediblər ki, 4-5 ay əvvəl onlara xəbərdarlıq edilsəydi, əlavə mal almazdılar və əllərində olanı satardılar. Öz növbəsində bazar administrasiyasının nümayəndəsi bildirib ki, qərardan özü də bu yaxınlarda xəbər tutub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, aprel ayından etibarən bazar rəhbərliyinə ərazinin boşaldılması zərurəti ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, rəhbərlik prosesi yubadıb.
"Son xəbərdarlıq bu yaxınlarda edilib. Qısa müddətdə ərazi təmizlənməlidir ki, yeni avtomobil yolunun tikintisinə başlanılsın - AAYDA-dan bildirilib.
Yada salaq ki, 2015-ci ildə Azərbaycan Nəqliyyat Nazirliyi “Koroğlu” metrostansiyasını Həsən Əliyev küçəsi ilə birləşdirəcək yolun tikintisi ilə əlaqədar paytaxtın Nərimanov rayonunda yerləşən “Keşlə” bazarının sökülməsi ilə bağlı əhaliyə xəbərdarlıq etmişdi.
Xəbər lenti
0