https://sputnik.az/20241218/ukrayna-munaqise-neticesinde-erazisinin-ucde-birini-itirecek---slovakiyanin-bas-naziri-469501608.html
Ukrayna münaqişə nəticəsində ərazisinin üçdə birini itirəcək - Slovakiyanın Baş naziri
Ukrayna münaqişə nəticəsində ərazisinin üçdə birini itirəcək - Slovakiyanın Baş naziri
Sputnik Azərbaycan
Robert Fitso Ukraynadakı münaqişəni Qərbin avantürası adlandırıb. 18.12.2024, Sputnik Azərbaycan
2024-12-18T19:40+0400
2024-12-18T19:40+0400
2024-12-18T19:40+0400
robert fitso
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
qərb
hərbi avantüra
münaqişə
rusiya
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1b/454179628_0:232:2817:1817_1920x0_80_0_0_830d2560e89efdf2fad6885b8721802e.jpg
BAKI, 18 dekabr — Sputnik. Ukrayna münaqişə nəticəsində ərazisinin üçdə birini itirəcək və Kiyev NATO-ya dəvət almayacaq. Bu barədə "RİA Novosti" Slovakiyanın Baş naziri Robert Fitsoya istinadən xəbər verib. Bu yaxınlarda Baş nazir Ukraynadakı münaqişəni Qərbin avantürası adlandırıb, çünki bu münaqişə Kiyev üçün yaxşı bitməyəcək və nəticədə ölkə öz ərazisini itirəcək. Ukraynada nə baş verir? Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi". Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1b/454179628_43:0:2774:2048_1920x0_80_0_0_c0210b0f517a15348210d8ffbba6cfab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
robert fitso, ukrayna, qərb, hərbi avantüra, münaqişə, rusiya, xüsusi hərbi əməliyyat
robert fitso, ukrayna, qərb, hərbi avantüra, münaqişə, rusiya, xüsusi hərbi əməliyyat
Ukrayna münaqişə nəticəsində ərazisinin üçdə birini itirəcək - Slovakiyanın Baş naziri
Robert Fitso Ukraynadakı münaqişəni Qərbin avantürası adlandırıb.
BAKI, 18 dekabr — Sputnik. Ukrayna münaqişə nəticəsində ərazisinin üçdə birini itirəcək və Kiyev NATO-ya dəvət almayacaq. Bu barədə "RİA Novosti" Slovakiyanın Baş naziri Robert Fitsoya istinadən xəbər verib.
"Ukrayna NATO-ya dəvət almayacaq və ərazisinin üçdə birini itirəcək", - Fitso parlamentin Avropa məsələləri üzrə komitəsinin iclası zamanı bildirib.
Bu yaxınlarda Baş nazir Ukraynadakı münaqişəni Qərbin avantürası adlandırıb, çünki bu münaqişə Kiyev üçün yaxşı bitməyəcək və nəticədə ölkə öz ərazisini itirəcək.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.