Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN Almaniya, İtaliya və Yaponiyanın mövqeyini qınadı

© Sputnik / Кристина КормилицынаRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Abunə olmaq
Zaxarova qeyd edib ki, səsvermənin nəticələri hər il BMT Baş Assambleyasına təqdim olunan Rusiya təşəbbüsünə beynəlxalq ictimaiyyətin artan dəstəyini əyani şəkildə nümayiş etdirib.
BAKI, 18 dekabr — Sputnik. Almaniya, İtaliya və Yaponiyanın BMT Baş Assambleyasında nasizmin tərənnümünə qarşı mübarizəyə dair Rusiyanın qətnaməsinə qarşı mövqeyi pislənməyə layiqdir və onların ötən əsrdəki tarixini nəzərə alsaq təhlükəli tendensiyadır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Bundan əvvəl ABŞ, Almaniya, Kanada, İtaliya, Yaponiya və Ukrayna BMT Baş Assambleyasında Rusiyanın nasizmin tərənnümü ilə mübarizəyə dair qətnaməsinin əleyhinə səs verən 53 ölkə arasında olub. Buna baxmayaraq, sənəd qəbul olundu, 119 ölkə onun lehinə səs verib, daha 10 ölkə bitərəf qalıb.

"Almaniya, İtaliya və Yaponiyanın mövqeyi xüsusilə qınanmağa layiqdir. Onların qətnamənin əleyhinə səs verməsi XX əsrin bu dövlətlərinin tarixinin qaranlıq səhifələrini nəzərə alsaq, təhlükəli tendensiyadır. Bütün bunlar bizi onların çoxsaylı hərbi cinayətlərə, bəşəriyyətə qarşı cinayətlərə, İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsi illərində törətdikləri soyqırımlara görə nə qədər səmimi tövbə etdikləri barədə düşünməyə vadar edir", - Zaxarova bildirib.

Zaxarova qeyd edib ki, səsvermənin nəticələri hər il BMT Baş Assambleyasına təqdim olunan Rusiya təşəbbüsünə beynəlxalq ictimaiyyətin artan dəstəyini əyani şəkildə nümayiş etdirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0