https://sputnik.az/20241218/munaqisenin-dondurulmasi-ucun-hec-bir-sxem-bizi-qane-etmir--nebenzya-469469356.html
Münaqişənin dondurulması üçün heç bir sxem bizi qane etmir – Nebenzya
Münaqişənin dondurulması üçün heç bir sxem bizi qane etmir – Nebenzya
Sputnik Azərbaycan
Moskvanın Ukrayna böhranına son qoyması üçün şərtləri aydın və məntiqlidir. Heç bir "surroqat formullar" Rusiya üçün təhlükəni aradan qaldırmır. 18.12.2024, Sputnik Azərbaycan
2024-12-18T08:42+0400
2024-12-18T08:42+0400
2024-12-18T08:42+0400
rusiya
rusiya
avropa
avropa
avropa
vasili nebenzya
münaqişə
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458553218_0:244:2774:1804_1920x0_80_0_0_d9492ecc1bbc40d35d27e760c7ea9bd3.jpg
BAKI, 18 dekabr — Sputnik. RF-nın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, Ukraynada münaqişənin dondurulması üçün "heç bir sxem" Rusiyanı qane etməyəcək. "RİA Novosti" bu barədə yazıb. "Münaqişənin dondurulması ilə bağlı heç bir sxem Rusiyanı qane etməyəcək. Minsk razılaşmalarının nümunəsində biz tam əminik ki, nə Qərbə, nə də Kiyev xuntasına etibar etmək olmaz. Kiyev rejiminə döyüş meydanında ona çox lazım olan fasilə gərəkdir ki, öz yaralarını sağaltsın və yeni silahlar əldə etsin. Ukrayna böhranının həllində NATO-nun rolundan söhbət gedə bilməz" - Nebenzya BMT Təhlükəsizlik Şurasındakı müşavirədə bildirib. Diplomatın vurğuladığı kimi, Moskvanın Ukrayna böhranına son qoyması üçün şərtləri aydın və məntiqlidir. Heç bir "surroqat formullar" Rusiya üçün təhlükəni aradan qaldırmır. "Vladimir Zelenskinin psevdosülh təşəbbüsləri Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücum zamanı olduğu kimi, növbəti eskalasiyadan əvvəl yalnız tüstü pərdəsi ola bilər" - Nebenzya əlavə edib. Xatırladaq ki, 2022-ci ildə xüsusi əməliyyat başlayandan sonra Rusiya Belarus və Türkiyədə Kiyev rejimi ilə danışıqlar aparıb. Diplomatik məsləhətləşmələr demək olar ki, tamamlanıb, lakin Rusiya qoşunları Kiyevdən çıxarıldıqdan sonra Ukrayna tərəfi bütün razılaşmalardan imtina edib və Zelenski Moskva ilə danışıqları qanuni olaraq qadağan edib. Bundan əvvəl Vasili Nebenzya London və Parisin Avropanı eskalasiyaya sürüklədiyini bildirmişdi.
avropa
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458553218_22:0:2753:2048_1920x0_80_0_0_95156282284c3c9c59fdf6d9196ffa3b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, avropa, avropa, avropa, vasili nebenzya, münaqişə
rusiya, avropa, avropa, avropa, vasili nebenzya, münaqişə
Münaqişənin dondurulması üçün heç bir sxem bizi qane etmir – Nebenzya
Moskvanın Ukrayna böhranına son qoyması üçün şərtləri aydın və məntiqlidir. Heç bir "surroqat formullar" Rusiya üçün təhlükəni aradan qaldırmır.
BAKI, 18 dekabr — Sputnik. RF-nın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, Ukraynada münaqişənin dondurulması üçün "heç bir sxem" Rusiyanı qane etməyəcək.
"RİA Novosti" bu barədə yazıb.
"Münaqişənin dondurulması ilə bağlı heç bir sxem Rusiyanı qane etməyəcək. Minsk razılaşmalarının nümunəsində biz tam əminik ki, nə Qərbə, nə də Kiyev xuntasına etibar etmək olmaz. Kiyev rejiminə döyüş meydanında ona çox lazım olan fasilə gərəkdir ki, öz yaralarını sağaltsın və yeni silahlar əldə etsin. Ukrayna böhranının həllində NATO-nun rolundan söhbət gedə bilməz" - Nebenzya BMT Təhlükəsizlik Şurasındakı müşavirədə bildirib.
Diplomatın vurğuladığı kimi, Moskvanın Ukrayna böhranına son qoyması üçün şərtləri aydın və məntiqlidir. Heç bir "surroqat formullar" Rusiya üçün təhlükəni aradan qaldırmır.
"Vladimir Zelenskinin psevdosülh təşəbbüsləri Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücum zamanı olduğu kimi, növbəti eskalasiyadan əvvəl yalnız tüstü pərdəsi ola bilər" - Nebenzya əlavə edib.
Xatırladaq ki, 2022-ci ildə xüsusi əməliyyat başlayandan sonra Rusiya Belarus və Türkiyədə Kiyev rejimi ilə danışıqlar aparıb. Diplomatik məsləhətləşmələr demək olar ki, tamamlanıb, lakin Rusiya qoşunları Kiyevdən çıxarıldıqdan sonra Ukrayna tərəfi bütün razılaşmalardan imtina edib və Zelenski Moskva ilə danışıqları qanuni olaraq qadağan edib.
Bundan əvvəl Vasili Nebenzya London və Parisin Avropanı eskalasiyaya sürüklədiyini bildirmişdi.