Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Cənubi Qafqazda vəziyyət çətin olaraq qalır - Gerasimov

© Sputnik / Evgeniy Biyatova / Mediabanka keçidRusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Abunə olmaq
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib ki, Qərb Gürcüstandakı etirazları maliyyələşdirmək və istiqamətləndirmək yolu ilə sabitliyi pozmağa çalışır.
BAKI, 18 dekabr — Sputnik. ABŞ və Avropa İttifaqı Gürcüstanı tutub saxlamağa və Ermənistanı öz təsir orbitinə çəkməyə çalışır. Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri qarşısında keçirdiyi brifinqdə deyib.

"Cənubi Qafqazda vəziyyət çətin olaraq qalır. Bu vəziyyətin inkişafına qeyri-regional oyunçuların, ilk növbədə ABŞ və Avropa İttifaqının regionda mövqelərini gücləndirmək səyləri dağıdıcı şəkildə təsir edir", - Gerasimov bildirib.

General vurğulayıb ki, Qərb Gürcüstandakı etirazları maliyyələşdirmək və istiqamətləndirmək yolu ilə sabitliyi pozmağa çalışır.
"Bu cəhdlərlə Ukrayna ssenarisi üzrə Gürcüstanı aktiv anti-Rusiya hərəkətlərinə cəlb etməkdə maraqlı olduğunu göstərir. Qərbin destruktiv hərəkətlərindən fərqli olaraq, Rusiya bu regionda konstruktiv tədbirlər görür", - Gerasimov qeyd edib.
O, həmçinin vurğulayıb ki, əsasən Rusiyanın səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərinin normallaşması istiqamətində müsbət irəliləyişlər göz qabağındadır. Xüsusən də Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş rayonu arasında dövlətlərarası demarkasiya xəttinin ən çətin hissələrindən birinin demarkasiyası başa çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0