Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin: Həlak olmuş jurnalistlərin xatirəsini qorumaq vacibdir

© Depositphotos.com / KaninstudioJurnalist hərbi münaqişə zolağında, aexiv
Jurnalist hərbi münaqişə zolağında, aexiv - Sputnik Azərbaycan, 1920, 15.12.2024
Abunə olmaq
Qəzza zolağında ötən ilin oktyabrından başlayan hadisələr zamanı 200-ə qədər jurnalist həlak olub.
BAKI, 15 dekabr - Sputnik. Peşə borcunu yerinə yetirərkən həlak olmuş jurnalistlərin xatirəsinin yad edilməsi vacibdir. RİA Novosti-nin xəbərinə görə, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Qeyd edək ki, bu bazar günü peşə borcunu yerinə yetirərkən həlak olan jurnalistlərin anım günü qeyd olunur.

“İnsanların həqiqəti bilməsi, baş verən hadisələrlə bağlı obyektiv və etibarlı məlumat alması üçün xidməti borcunu yerinə yetirərək canından keçən jurnalistləri, operatorları, fotomüxbirləri, bütün KİV nümayəndələrini həmişə xatırlayacağıq”, - Volodin bildirib.

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidRusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin
Председатель Государственной Думы РФ Вячеслав Володин - Sputnik Azərbaycan, 1920, 15.12.2024
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin
Duma sədri onu da qeyd edib ki, onların xatirəsini qorumaq üçün lazım olan hər şeyi etmək vacibdir.
Qeyd edək ki, ötən ilin oktyabrında Qəzza zolağında döyüşlər başlayandan bəri azı 194 jurnalist həlak olub. Bu barədə Livanın “Al Mayadeen” telekanalı Fələstin anklavının hökumətinə istinadən məlumat yayıb.

“Biz İsrail işğalını, ABŞ administrasiyasını və Böyük Britaniya, Almaniya və Fransa kimi bu soyqırımda iştirak edən ölkələri bu iyrənc və vəhşi cinayətlərə görə tam məsuliyyət daşıyırıq”, - Qəzza hökumətinin mətbuat xidməti bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0