https://sputnik.az/20241214/qerb-ukraynani-qeyri-hokumet-teskilatlari-vasitesile-idare-edir-469413074.html
Qərb Ukraynanı qeyri-hökumət təşkilatları vasitəsilə idarə edir
Qərb Ukraynanı qeyri-hökumət təşkilatları vasitəsilə idarə edir
Sputnik Azərbaycan
Medvedev bildirib ki, Qərb Ukraynanı Rusiyadan qoparmaq, nifaq salmaq və etnik parçalanmalar təşkil etmək istəyir. 14.12.2024, Sputnik Azərbaycan
2024-12-14T08:45+0400
2024-12-14T08:45+0400
2024-12-14T08:45+0400
dmitri medvedev
rusiya
ukrayna
qərb
honkonq
tayvan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813323_0:0:2199:1237_1920x0_80_0_0_e79bf53ffd3c2b99b1458d1085a1847d.jpg
BAKI, 14 dekabr — Sputnik. Qərb Ukraynanı təkcə silahla təmin etmir, həm də ölkəni xüsusi xidmət orqanlarının nəzarəti altında olan qeyri-hökumət təşkilatlarının (QHT) köməyi ilə idarə edir. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Beynəlxalq həyat" jurnalında dərc olunan "Milli kimlik və siyasi seçim haqqında: Rusiya və Çin təcrübəsi" adlı məqaləsində qeyd edib. Müəllifin sözlərinə görə, Kiyevi silahla təmin edən kollektiv Qərb Ukraynanı idarə etmək üçün "yumşaq güc" siyasi texnologiyalarından istifadə edir. "Bunun üçün ABŞ və Avropa xüsusi xidmət orqanlarının nəzarəti altında olan bütün zəruri QHT şəbəkəsi yaradılıb", Medvedev yazır. Məqalədə qeyd edilir ki, Qərb "parçala və hökm sür" kimi "ikiüzlü" prinsipdən istifadə edərək, Rusiya ilə Ukrayna arasında "etnik parçalanmalar yaratmağa" və rusiyalılarla ukraynalıların xalq olaraq bir-birlərindən uzaq olduqlarını sübut etməyə çalışır. Onların quruluşu və ukraynalı ideoloqları Ukraynada israrla "Tayvan", "Honkonq" və digər təcrübələrdən istifadə etməyə çalışırlar. Qərb Ukraynanı Rusiyadan qoparmaq, nifaq salmaq və etnik parçalanmalar təşkil etmək istəyir. Medvedev həmçinin məqaləsində vurğulayıb ki, indiki Rusiya qədim Rusiya dövlətinin yeganə varisidir, rusiyalılar və ukraynalılar isə təkcə qardaş xalqlar deyillər, onlar bir xalqdırlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813323_35:0:2026:1493_1920x0_80_0_0_a91ae702c7fa3bdd2562454de3ee0d85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri medvedev, ukrayna, qərb, honkonq, tayvan
dmitri medvedev, ukrayna, qərb, honkonq, tayvan
Qərb Ukraynanı qeyri-hökumət təşkilatları vasitəsilə idarə edir
Medvedev bildirib ki, Qərb Ukraynanı Rusiyadan qoparmaq, nifaq salmaq və etnik parçalanmalar təşkil etmək istəyir.
BAKI, 14 dekabr — Sputnik. Qərb Ukraynanı təkcə silahla təmin etmir, həm də ölkəni xüsusi xidmət orqanlarının nəzarəti altında olan qeyri-hökumət təşkilatlarının (QHT) köməyi ilə idarə edir.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Beynəlxalq həyat" jurnalında dərc olunan "Milli kimlik və siyasi seçim haqqında: Rusiya və Çin təcrübəsi" adlı məqaləsində qeyd edib.
Müəllifin sözlərinə görə, Kiyevi silahla təmin edən kollektiv Qərb Ukraynanı idarə etmək üçün "yumşaq güc" siyasi texnologiyalarından istifadə edir.
"Bunun üçün ABŞ və Avropa xüsusi xidmət orqanlarının nəzarəti altında olan bütün zəruri QHT şəbəkəsi yaradılıb", Medvedev yazır.
Məqalədə qeyd edilir ki, Qərb "parçala və hökm sür" kimi "ikiüzlü" prinsipdən istifadə edərək, Rusiya ilə Ukrayna arasında "etnik parçalanmalar yaratmağa" və rusiyalılarla ukraynalıların xalq olaraq bir-birlərindən uzaq olduqlarını sübut etməyə çalışır. Onların quruluşu və ukraynalı ideoloqları Ukraynada israrla "Tayvan", "Honkonq" və digər təcrübələrdən istifadə etməyə çalışırlar. Qərb Ukraynanı Rusiyadan qoparmaq, nifaq salmaq və etnik parçalanmalar təşkil etmək istəyir.
Medvedev həmçinin məqaləsində vurğulayıb ki, indiki Rusiya qədim Rusiya dövlətinin yeganə varisidir, rusiyalılar və ukraynalılar isə təkcə qardaş xalqlar deyillər, onlar bir xalqdırlar.