https://sputnik.az/20241214/kreml-rusiyanin-nuve-meselelerinde-movqeyi-yaxsi-basa-dusulur--469397620.html
Kreml: Rusiyanın nüvə məsələlərində mövqeyi yaxşı başa düşülür
Kreml: Rusiyanın nüvə məsələlərində mövqeyi yaxşı başa düşülür
Sputnik Azərbaycan
Kreml rəsmisi bildirib ki, Rusiya prezidenti Vladimir Putin nüмə doktrinası ilə bağlı sənədi imzalayıb. 14.12.2024, Sputnik Azərbaycan
2024-12-14T21:46+0400
2024-12-14T21:46+0400
2024-12-14T20:55+0400
kreml
rusiya
putin
rusiya prezidenti vladimir putin
peskov
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
nüvə doktrinası
ukrayna
kreml
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1b/426069124_0:159:3076:1889_1920x0_80_0_0_fb5654d9c16e004a84b6fa0d28295005.jpg
BAKI, 14 dekabr — Sputnik. Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransanın daxil olduğu "nüvə beşliyi"nin nümayəndələrinin görüşü ekspertlər səviyyəsində keçirilib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Görüş ekspertlər səviyyəsindədir" - Peskov deyib. Kreml rəsmisi əlavə edib ki, Rusiyanın nüvə məsələlərində mövqeyi yaxşı başa düşülür və nüvə doktrinasına bağlıdır. "Müvafiq sənədi Rusiya prezidenti Vladimir Putin imzalayıb", o əlavə edib. Xatırladaq ki, noyabrda Rusiya Prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasının - nüvə çəkindirməsi sahəsində dövlət siyasətinin əsaslarının - təsdiq edilməsi haqqında fərman imzalayıb. "Doktrinanın əsas prinsipi: nüvə silahı - ölkənin suverenliyinin qorunması üçün son tədbirdir. Eyni zamanda, yeni hərbi təhdidlərin və risklərin yaranması ilə əlaqədar Rusiya nüvə silahından istifadəyə icazə verən parametrləri dəqiqləşdirməli oldu. Xüsusilə, nüvə çəkindirməsinin şamil edildiyi dövlətlərin və hərbi ittifaqların kateqoriyası genişləndirilib. Hərbi təhdidlərin siyahısı artırılıb, bunların zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər tələb edilir. Hər hansı qeyri-nüvə dövlətinin təcavüzü, lakin nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə təcavüzü, onlar tərəfindən Rusiya Federasiyasına birgə hücum hesab ediləcək. Bundan əlavə, suverenliyinə hətta adi silahla belə kritik təhlükə yaranarsa, İttifaq dövlətinin üzvü kimi Belarusa hücum edilərsə, hərbi təyyarələr, qanadlı raketlər, pilotsuz uçan təyyarələr və uçuş aparatları kütləvi şəkildə işə salınarsa və onların Rusiya sərhədindən keçməsi qeydə alınarsa, Rusiyanın nüvə reaksiyası mümkündür", - deyə doktrina ilə bağlı məlumatda bildirilib. Rusiyanın nüvə doktrinası bundan öncə 2020-ci ilin iyununda təsdiqlənib. O, 10 il əvvəl qəbul edilmiş oxşar sənədi əvəz edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1b/426069124_174:0:2903:2047_1920x0_80_0_0_cb29da9a2805b2e7313dd0f38e95ae41.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kreml, putin, rusiya prezidenti vladimir putin, peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, nüvə doktrinası, ukrayna, kreml
kreml, putin, rusiya prezidenti vladimir putin, peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, nüvə doktrinası, ukrayna, kreml
Kreml: Rusiyanın nüvə məsələlərində mövqeyi yaxşı başa düşülür
Kreml rəsmisi bildirib ki, Rusiya prezidenti Vladimir Putin nüмə doktrinası ilə bağlı sənədi imzalayıb.
BAKI, 14 dekabr — Sputnik. Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransanın daxil olduğu "nüvə beşliyi"nin nümayəndələrinin görüşü ekspertlər səviyyəsində keçirilib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Görüş ekspertlər səviyyəsindədir" - Peskov deyib.
Kreml rəsmisi əlavə edib ki, Rusiyanın nüvə məsələlərində mövqeyi yaxşı başa düşülür və nüvə doktrinasına bağlıdır.
"Müvafiq sənədi Rusiya prezidenti Vladimir Putin imzalayıb", o əlavə edib.
Xatırladaq ki, noyabrda Rusiya Prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasının - nüvə çəkindirməsi sahəsində dövlət siyasətinin əsaslarının - təsdiq edilməsi haqqında fərman imzalayıb.
"Doktrinanın əsas prinsipi: nüvə silahı - ölkənin suverenliyinin qorunması üçün son tədbirdir. Eyni zamanda, yeni hərbi təhdidlərin və risklərin yaranması ilə əlaqədar Rusiya nüvə silahından istifadəyə icazə verən parametrləri dəqiqləşdirməli oldu.
Xüsusilə, nüvə çəkindirməsinin şamil edildiyi dövlətlərin və hərbi ittifaqların kateqoriyası genişləndirilib. Hərbi təhdidlərin siyahısı artırılıb, bunların zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər tələb edilir. Hər hansı qeyri-nüvə dövlətinin təcavüzü, lakin nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə təcavüzü, onlar tərəfindən Rusiya Federasiyasına birgə hücum hesab ediləcək. Bundan əlavə, suverenliyinə hətta adi silahla belə kritik təhlükə yaranarsa, İttifaq dövlətinin üzvü kimi Belarusa hücum edilərsə, hərbi təyyarələr, qanadlı raketlər, pilotsuz uçan təyyarələr və uçuş aparatları kütləvi şəkildə işə salınarsa və onların Rusiya sərhədindən keçməsi qeydə alınarsa, Rusiyanın nüvə reaksiyası mümkündür", - deyə doktrina ilə bağlı məlumatda bildirilib.
Rusiyanın nüvə doktrinası bundan öncə 2020-ci ilin iyununda təsdiqlənib. O, 10 il əvvəl qəbul edilmiş oxşar sənədi əvəz edib.