Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Metroya zibil atmağa görə cərimələr artırılıb

© Sputnik / Murad OrujovBakı metrosu, arxiv
Bakı metrosu, arxiv - Sputnik Azərbaycan, 1920, 13.12.2024
Abunə olmaq
Bundan əlavə, dəmir yoluna hər hansı əşya atmağa görə cərimə 30 manatdan 200 manata qədər artırılır.
BAKI, 13 dekabr — Sputnik. Metro stansiyalarının vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə etməyə görə cərimələr 15 manatdan 200 manata qaldırılıb.
Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Bundan əlavə, dəmir yoluna hər hansı əşya atmağa görə cərimə 30 manatdan 200 manata qədər artırılır.
Xəbər lenti
0