https://sputnik.az/20241213/krasnodarda-mekteblilere-hucum-eden-sexsin-valideynleri-rusiyadan-qovulacaq-469410993.html
Krasnodarda məktəblilərə hücum edən şəxsin valideynləri Rusiyadan qovulacaq
Krasnodarda məktəblilərə hücum edən şəxsin valideynləri Rusiyadan qovulacaq
Sputnik Azərbaycan
Prikubansk Rayon Məhkəməsi Ermənistan vətəndaşlarını Rusiyada qalma rejimini pozmaqda təqsirli bilib. 13.12.2024, Sputnik Azərbaycan
2024-12-13T23:59+0400
2024-12-13T23:59+0400
2024-12-13T23:59+0400
krasnodar
rusiya
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461659854_0:160:3072:1888_1920x0_80_0_0_4caaabacca819c423863d63b64deeaed.jpg
BAKI, 13 dekabr — Sputnik. Krasnodarın Prikubansk Rayon Məhkəməsi Krasnodarda məktəbliləri bıçaqlayan yeniyetmənin valideynlərini Rusiyada qalma rejimini pozmaqda təqsirli bilib. Ermənistan vətəndaşı olan hər iki valideynin cərimələnməsi və ölkədən qovulması ilə bağlı qərar qəbul olunub. Hər iki valideyn qərar icra olunanadək Müvəqqəti Saxlama Mərkəzinə yerləşdiriləcək. Xatırladaq ki, dekabrın 6-da axşam saatlarında Krasnodardakı 94 saylı məktəbin filialında münaqişə zəminində iki yeniyetmə bıçaqlanıb. Rusiya prezidentin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın sözlərinə görə, 4 uşaq xəstəxanaya yerləşdirilib. İstintaqçılar səhlənkarlıq və xuliqanlıq maddələri ilə cinayət işi açıblar. Regional əməliyyat qərargahının daha sonra aydınlaşdırdığı kimi, xəsarət alan uşaqların hamısı xəstəxanadan buraxılaraq ambulator müalicəyə aparılıb. Hadisənin Ermənistandan olan uşağın törətdiyi müəyyənləşdirilib. İstintaqın həbsə dair müraciyyətinə baxmayaraq, məhkəmə ona qarşı müəyyən məhdudiyyətlərin tətbiq edilməsi ilə azadlıqda qalmasına dair qərar çıxarıb. Faktla bağlı istintaq davam edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461659854_171:0:2902:2048_1920x0_80_0_0_ee16519a319d35c6c6835c0eeeec07c6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
krasnodar, ermənistan
Krasnodarda məktəblilərə hücum edən şəxsin valideynləri Rusiyadan qovulacaq
Prikubansk Rayon Məhkəməsi Ermənistan vətəndaşlarını Rusiyada qalma rejimini pozmaqda təqsirli bilib.
BAKI, 13 dekabr — Sputnik. Krasnodarın Prikubansk Rayon Məhkəməsi Krasnodarda məktəbliləri bıçaqlayan yeniyetmənin valideynlərini Rusiyada qalma rejimini pozmaqda təqsirli bilib. Ermənistan vətəndaşı olan hər iki valideynin cərimələnməsi və ölkədən qovulması ilə bağlı qərar qəbul olunub. Hər iki valideyn qərar icra olunanadək Müvəqqəti Saxlama Mərkəzinə yerləşdiriləcək.
Xatırladaq ki, dekabrın 6-da axşam saatlarında Krasnodardakı 94 saylı məktəbin filialında münaqişə zəminində iki yeniyetmə bıçaqlanıb. Rusiya prezidentin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın sözlərinə görə, 4 uşaq xəstəxanaya yerləşdirilib. İstintaqçılar səhlənkarlıq və xuliqanlıq maddələri ilə cinayət işi açıblar. Regional əməliyyat qərargahının daha sonra aydınlaşdırdığı kimi, xəsarət alan uşaqların hamısı xəstəxanadan buraxılaraq ambulator müalicəyə aparılıb. Hadisənin Ermənistandan olan uşağın törətdiyi müəyyənləşdirilib.
İstintaqın həbsə dair müraciyyətinə baxmayaraq, məhkəmə ona qarşı müəyyən məhdudiyyətlərin tətbiq edilməsi ilə azadlıqda qalmasına dair qərar çıxarıb. Faktla bağlı istintaq davam edir.