Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda xüsusi avtobus zolaqlarında hərəkət vaxtı dəyişdi

© Sputnik / Zulfiyya GuluyevaBakıda avtobus zolağı
Bakıda avtobus zolağı - Sputnik Azərbaycan, 1920, 13.12.2024
Abunə olmaq
"Şamaxinka" adlanan ərazidən metronun "20 Yanvar" stansiyasına qədər olan məsafədə avtobusların xüsusi hərəkət zolağının iş saatları dəyişdirilib.
BAKI, 13 dekabr — Sputnik. Bakıdakı yollardan birində xüsusi avtobus zolaqlarında hərəkət vaxtı dəyişdi Paytaxtda hərəkətin intensiv olduğu yollardan birində - Moskva prospektində ictimai nəqliyyatın daha rahat və sürətli hərəkəti üçün yenilik edilib.
Belə ki, "Şamaxinka" adlanan ərazidən metronun "20 Yanvar" stansiyasına qədər olan məsafədə avtobusların xüsusi hərəkət zolağının iş saatları dəyişdirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq Moskva prospektində "Şamaxinka" adlanan ərazidən "20 Yanvar" metrostansiyasına kimi mövcud olan xüsusi hərəkət zolağının qüvvədə olma vaxtı dəyişdirilərək saat 07:00–22:00 aralığında müəyyən edilib.
Beləliklə, sözügedən prospektdə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir. Hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq.
06.04.24, 23:11
Daha bir prospektdə avtobus və velosiped zolaqları təşkil ediləcək
8 Noyabr prospektində yenidənqurma işləri çərçivəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin və mobilliyin artırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib.
Layihədə tətbiq olunacaq yanaşma Nəqliyyatı Əlaqələndirmə Şurasında aidiyyəti qurumların iştirakı ilə razılaşdırılıb.
Beləliklə, görülən işlər çərçivəsində 8 Noyabr prospektində:
avtobus zolaqları təşkil ediləcək;
ayrılmış velosiped zolaqları salınacaq;
işıqlandırma səviyyəsi yaxşılaşdırılacaq;
bufer zona tətbiq ediləcək;
hərəkət zolaqlarının sayı eyni saxlanılacaq.
8 Noyabr prospektində xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradacaq. Zolağın təşkili ilə avtobusların orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə azalacaq.
Qeyd edək ki, ictimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Buna görə də avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır.
8 Noyabr prospektində nəqliyyat vasitələrinin hərəkət istiqamətində, prospektin sağ və sol kənarlarında ümumi uzunluğu 10 km-ə yaxın velosiped yolları da salınacaq. Sözügedən velosiped yolları "bufer zona"lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılacaq. İşlər yekunlaşdıqdan sonra 8 Noyabr prospektinin kənarlarında yerləşən yaşayış sahələri, sonda isə Xətai rayonunda yerləşən Polad Həşimov qəsəbəsi şəhər mərkəzi ilə əlaqələndiriləcək. Həmin yaşayış sahələrinin sakinlərinin mikromobillik zolaqlarına əlçatanlığı təmin ediləcək. Növbəti mərhələlərdə isə həmin velosiped yolları şəhər mərkəzindəki mikromobillik zolaqları ilə əlaqələndiriləcək.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlanılıb. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək. Artıq müvafiq nişanlanma işlərinə başlanılıb. Növbəti mərhələdə yol nişanları, eyni zamanda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0