https://sputnik.az/20241212/tramp-ukraynanin-rusiyaya-zerbe-endirmesine-qarsidir-469373948.html
Tramp Ukraynanın Rusiyaya zərbə endirməsinə qarşıdır
Tramp Ukraynanın Rusiyaya zərbə endirməsinə qarşıdır
Sputnik Azərbaycan
Tramp həmçinin Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müqayisə edərək qeyd edib ki, ikinci münaqişənin həlli birincidən daha asandır. 12.12.2024, Sputnik Azərbaycan
2024-12-12T19:00+0400
2024-12-12T19:00+0400
2024-12-12T19:00+0400
donald tramp
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
yaxın şərq
co bayden
münaqişə
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0c/469373782_0:0:3072:1728_1920x0_80_0_0_23aad39d7704852d450734747a7f6e88.jpg
BAKI, 12 dekabr — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ukrayna ordusunun Rusiya ərazisinə ABŞ-ın uzaqmənzilli raketləri ilə zərbə endirməsinə qarşı çıxdığını bildirib. Bu barədə "RİA Novosti" siyasətçinin "Time" jurnalına verdiyi müsahibəsinə istinadən xəbər verib. Trampın sözlərinə görə, Kiyevin bu cür hərəkətləri münaqişənin daha da gərginləşməsinə gətirib çıxarır. Seçilmiş liderin sözlərinə görə, o, ABŞ tərəfinin niyə belə etdiyini başa düşmür. Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müqayisə edən Tramp həmçinin qeyd edib ki, ikinci münaqişənin həlli birincidən daha asandır. Siyasətçi bundan əvvəl deyib ki, o, Co Baydenin yerinə ABŞ prezidenti olsaydı, Ukraynada münaqişə heç vaxt başlamazdı. O, yenidən seçiləcəyi təqdirdə 24 saat ərzində nizamlanmaya nail olmaq niyyətində olduğunu vurğulayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu sözləri şərh edərkən münaqişəni bir gündə həll edilə bilməyəcək qədər mürəkkəb problem adlandırıb. Bu yaxınlarda Vaşinqtonun Moskvadakı sabiq səfiri Maykl Makfol bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti rəsmən vəzifəsinin icrasına başladıqdan sonra Ukraynanı itirilmiş əraziləri geri qaytarmaqdan imtina etməyə inandırmalı və bunun müqabilində ölkəni NATO-ya qəbul edəcəyinə söz verməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0c/469373782_110:0:2841:2048_1920x0_80_0_0_d9e973fcda9a8503a5d1b78e4320c405.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, ukrayna, yaxın şərq, co bayden, münaqişə, xüsusi hərbi əməliyyat
donald tramp, ukrayna, yaxın şərq, co bayden, münaqişə, xüsusi hərbi əməliyyat
Tramp Ukraynanın Rusiyaya zərbə endirməsinə qarşıdır
Tramp həmçinin Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müqayisə edərək qeyd edib ki, ikinci münaqişənin həlli birincidən daha asandır.
BAKI, 12 dekabr — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ukrayna ordusunun Rusiya ərazisinə ABŞ-ın uzaqmənzilli raketləri ilə zərbə endirməsinə qarşı çıxdığını bildirib.
Bu barədə "RİA Novosti" siyasətçinin "Time" jurnalına verdiyi müsahibəsinə istinadən xəbər verib.
Trampın sözlərinə görə, Kiyevin bu cür hərəkətləri münaqişənin daha da gərginləşməsinə gətirib çıxarır. Seçilmiş liderin sözlərinə görə, o, ABŞ tərəfinin niyə belə etdiyini başa düşmür.
"Mən Rusiyanın yüzlərlə mil dərinliyinə raket göndərilməsi ilə qəti şəkildə razı deyiləm. Biz bunu niyə edirik? Biz sadəcə olaraq bu müharibəni kəsginləşdirir və onu daha da pisləşdiririk", - siyasətçi bildirib.
Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müqayisə edən Tramp həmçinin qeyd edib ki, ikinci münaqişənin həlli birincidən daha asandır.
Siyasətçi bundan əvvəl deyib ki, o, Co Baydenin yerinə ABŞ prezidenti olsaydı, Ukraynada münaqişə heç vaxt başlamazdı. O, yenidən seçiləcəyi təqdirdə 24 saat ərzində nizamlanmaya nail olmaq niyyətində olduğunu vurğulayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu sözləri şərh edərkən münaqişəni bir gündə həll edilə bilməyəcək qədər mürəkkəb problem adlandırıb.
Bu yaxınlarda Vaşinqtonun Moskvadakı sabiq səfiri Maykl Makfol bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti rəsmən vəzifəsinin icrasına başladıqdan sonra Ukraynanı itirilmiş əraziləri geri qaytarmaqdan imtina etməyə inandırmalı və bunun müqabilində ölkəni NATO-ya qəbul edəcəyinə söz verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.