Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Suriyadakı hadisələr fonunda Rusiya ilə Türkiyə arasında məsləhətləşmələr intensivləşib

© AP Photo / Baderkhan AhmadSuriyada Rusiya hərbi polisi, arxiv
Suriyada Rusiya hərbi polisi, arxiv - Sputnik Azərbaycan, 1920, 12.12.2024
Abunə olmaq
Rusiya XİN rəsmisi bildirib ki, Türkiyəli həmkarları ilə müzakirə edilməli olan bütün regional problemlər barədə danışıqlar olacaq.
BAKI, 12 dekabr — Sputnik. Rusiya və Türkiyə arasında beynəlxalq məsələlərə dair məsləhətləşmələr davam etdirilir. Suriyada cərəyan edən son hadisələr bunu daha da aktuallaşdırıb. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qluşko jurnalistlərə açıqlamasında bildirib.

"Biz Türkiyə ilə bütün məsələlərdə dialoq aparırıq... Türkiyəli həmkarlarımızla müzakirə edilməli olan bütün regional problemləri onlarla müzakirə etməyə davam edəcəyik", - Aleksandr Qluşko deyib.

Dekabrın 8-də Suriyadakı silahlı müxalifət nümayəndələri Dəməşqdə dövlət televiziyasını ələ keçirərək, ölkəyə nəzarəti bərqərar etdiklərini efirdə elan ediblər.
Rusiya Xarici işlər nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək ölkəni tərk edib. Rusiya isə danışıqlarda iştirak etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0