https://sputnik.az/20241212/rusiya-suriyada-bas-verenleri-diqqetle-izleyir---peskov-469341285.html
Rusiya Suriyada baş verənləri diqqətlə izləyir - Peskov
Rusiya Suriyada baş verənləri diqqətlə izləyir - Peskov
Sputnik Azərbaycan
Peskov qeyd edib ki, Suriyadakı Rusiya obyektlərinin və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər böyük əhəmiyyət kəsb edir. 12.12.2024, Sputnik Azərbaycan
2024-12-12T10:01+0400
2024-12-12T10:01+0400
2024-12-12T10:01+0400
peskov
rusiya
suriya
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
bəşər əsəd
bəşər əsəd
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465280469_0:0:3059:1722_1920x0_80_0_0_6c6ca16b2890acd37eb91b9bc585ec05.jpg
BAKI, 12 dekabr — Sputnik. Rusiya Suriyada baş verənləri diqqətlə izləyir və ölkədəki vəziyyətə nəzarət edənlərlə əlaqə saxlayır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Biz, əlbəttə ki, Suriyada baş verən hər şeyi diqqətlə izləyirik. Suriyadakı vəziyyətə nəzarət edənlərlə əlaqə saxlayırıq, çünki bizim bazamız orada yerləşir. Bundan sonra biz təbii ki, Suriyada inkişaf edən reallıqlara əsaslanaraq çox diqqətlə izləyəcəyik", Peskov deyib. Peskov qeyd edib ki, Suriyadakı Rusiya obyektlərinin və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər böyük əhəmiyyət kəsb edir. "Bizim bazamız, diplomatik nümayəndəliyimiz orada yerləşir, əlbəttə ki, bizim bu obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələ son dərəcə vacibdir və birinci dərəcəli əhəmiyyət kəsb edir", o, jurnalistlərə deyib. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib. Daha sonra Kremldəki mənbə RİA Novosti-yə bildirib ki, Əsəd və onun ailə üzvləri Moskvaya gəliblər, Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib. Agentliyin həmsöhbəti onu da qeyd edib ki, Rusiya rəsmiləri Rusiya Federasiyasının Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465280469_330:0:3059:2047_1920x0_80_0_0_f1a1fd20ea0c95df200a7ddf999b988e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, suriya, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, bəşər əsəd, bəşər əsəd
peskov, suriya, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, bəşər əsəd, bəşər əsəd
Rusiya Suriyada baş verənləri diqqətlə izləyir - Peskov
Peskov qeyd edib ki, Suriyadakı Rusiya obyektlərinin və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər böyük əhəmiyyət kəsb edir.
BAKI, 12 dekabr — Sputnik. Rusiya Suriyada baş verənləri diqqətlə izləyir və ölkədəki vəziyyətə nəzarət edənlərlə əlaqə saxlayır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz, əlbəttə ki, Suriyada baş verən hər şeyi diqqətlə izləyirik. Suriyadakı vəziyyətə nəzarət edənlərlə əlaqə saxlayırıq, çünki bizim bazamız orada yerləşir. Bundan sonra biz təbii ki, Suriyada inkişaf edən reallıqlara əsaslanaraq çox diqqətlə izləyəcəyik", Peskov deyib.
Peskov qeyd edib ki, Suriyadakı Rusiya obyektlərinin və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər böyük əhəmiyyət kəsb edir.
"Bizim bazamız, diplomatik nümayəndəliyimiz orada yerləşir, əlbəttə ki, bizim bu obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələ son dərəcə vacibdir və birinci dərəcəli əhəmiyyət kəsb edir", o, jurnalistlərə deyib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib.
Daha sonra Kremldəki mənbə RİA Novosti-yə bildirib ki, Əsəd və onun ailə üzvləri Moskvaya gəliblər, Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib. Agentliyin həmsöhbəti onu da qeyd edib ki, Rusiya rəsmiləri Rusiya Federasiyasının Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır.