Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO Moskvanın bəyanatlarından narahatdır - Rusiya Xarici Kəşfiyyat Xidməti

© AP Photo / Alexander ZemlianichenkoRusiyanın qitələrarası ballistik raketi
Rusiyanın qitələrarası ballistik raketi - Sputnik Azərbaycan, 1920, 12.12.2024
Abunə olmaq
XKX-nin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin "Oreşnik" orta mənzilli hipersəs ballistik raketinin döyüş istifadəsindən sonra alyansın qərargahında narahatlıq xeyli artıb.
BAKI, 12 dekabr — Sputnik. Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosu NATO qərargahının ABŞ, Böyük Britaniya və Fransanın Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirməkdə birbaşa iştirakı ilə bağlı Moskvanın bəyanatlarından son dərəcə narahat olduğunu bildirib. Bu barədə “RİA Novosti” məlumat verib.

“Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu bildirir ki, XKX-yə daxil olan məlumata görə, NATO qərargahında ABŞ, Böyük Britaniya və Fransanın Qərbin uzaq mənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirməkdə birbaşa iştirakı ilə bağlı Moskvanın verdiyi bəyanatlardan son dərəcə narahatdırlar”, - mesajda deyilir.

XKX-nin mətbuat bürosunun məlumatına görə, NATO-nun hüquqşünasları Moskvanın Qərb dövlətlərini Rusiyanın dərinliklərinə uzaqmənzilli silahlarla zərbələr endirməsi ilə əlaqədar ölkəyə qarşı silahlı təcavüzdə ittiham edə biləcəyindən qorxurlar.

“Alyansın hüquqşünasları Moskvanın Qərb dövlətlərini Rusiya Federasiyasına qarşı silahlı təcavüzdə ittiham edə biləcəyindən ehtiyat edirlər. Onlarıın fikrincə, bu iş beynəlxalq məhkəmə instansiyalarında müzakirə olunmaya bilər. Lakin ciddi sübut bazası ilə dəstəklənən bu cür ittihamlar Qlobal Cənub ölkələrində anlayışla qarşılanacaq”, - məlumatda deyilir.

XKX həmçinin qeyd edib ki, Rusiyanın “Oreşnik” orta mənzilli hipersəs ballistik raketinin döyüş istifadəsindən sonra NATO qərargahında narahatlıq xeyli artıb.
“Rusiya Silahlı Qüvvələrinin “Oreşnik” orta mənzilli hipersəs ballistik raketinin döyüş istifadəsindən sonra alyansın qərargahında narahatlıq xeyli artıb. Brüsseldə Moskvanın ittihamedici arqumentindən hüquqi müstəvidə deyil, cavab olaraq qətiyyətli hərəkətləri əsaslandırmaq üçün istifadə oluna biləcəyindən qorxurlar. Rusiya tərəfinin Qərbin ölkəyə qarşı təcavüzü ilə bağlı təkzibedilməz sübutları var ki, bunlar da NATO üçün son dərəcə narahatedici bir əlamətdir”, - mesajda deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0