Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Komitə sədri: 200-dən çox qəzalı binanın təhlili aparılıb, artıq işlərə başlanılıb

© Sputnik / Rahim MammadovQəzalı ev
Qəzalı ev - Sputnik Azərbaycan, 1920, 12.12.2024
Abunə olmaq
Komitə sədri vurğulayıb ki, işlərə dəqiqliklə yanaşmaq üçün özəl qiymətləndiricilər də prosesə cəlb olunub və məsələlərin ardıcıllıqla həlli planlaşdırılır.
BAKI, 12 dekabr — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Nazirlər Kabinetinin tapşırığına əsasən 200-dən çox qəzalı binanın, yəni 7000-dən çox mənzilin təhlilini aparıb.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
"Bakıda və digər şəhərlərdə bir çox qəzalı binalar mövcuddur. Bu binaların müəyyənləşdirilməsi ilə bağlı işlərə Fövqəladə Hallar Nazirliyinin rəyləri və vətəndaşların müraciətləri əsasında əvvəlki dövrlərdə başlanılıb. Hazırda Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Komitə tərəfindən 200-dən çox belə bina, yəni 7000-dən çox mənzil təhlil edilib", - A. Quliyev bildirib.
© Sputnik / Murad Orujov Anar Quliyev
Глава аппарата Государственного агентства жилищного строительства при Президенте Азербайджана (MIDA) Анар Гулиев - Sputnik Azərbaycan, 1920, 12.12.2024
Anar Quliyev
Onun sözlərinə görə, indiyədək bu mənzillərin təxminən yarısının inventarizasiyası başa çatdırılıb və bir neçə ünvanda artıq praktiki işlərə başlanılıb:

"Bu proses çərçivəsində həm özəl tikinti şirkətləri investor qismində cəlb edilir, həm də dövlət vəsaiti hesabına qəzalı vəziyyət aradan qaldırılır. Hazırda təxminən 1000 mənzildə işlər aparılır, 600-dən çox mənzil sahibinin problemi isə artıq həllini tapıb. Bu istiqamətdə işlər davam etdirilir və yaxın zamanda daha çox mənzilin vəziyyətinin həll olunması gözlənilir".

Komitə sədri vurğulayıb ki, işlərə dəqiqliklə yanaşmaq üçün özəl qiymətləndiricilər də prosesə cəlb olunub və məsələlərin ardıcıllıqla həlli planlaşdırılır.
Qeyd edək ki, bundan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib ki, Bakıda söküntü işlərinin aparılması əsasən sifarişçilərdən, o cümlədən iş adamlarından asılıdır.

"Bizim hazırladığımız Baş plan paytaxtın inkişaf istiqamətlərini və lazımi məhdudiyyətləri müəyyən edir. Amma şəhərin hansısa ərazisində nə vaxt, nə iş aparılacaq, bu, ayrı-ayrı sifarişçilərdən, o cümlədən iş adamlarından, eləcə də icra hakimiyyətlərindən asılıdır. Təbii ki, söküntü Bakının daha pis vəziyyətdə olan məhəllələrdən başlanılacaq və illərlə bu işlər aparılacaq. Hazırda tikinti şirkətləri köhnə binaları söküb yerində yeni binalar tikməkdə maraqlıdırlar və bu layihələr həm Bakıda, həm də regionlarda həyata keçirilir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, ilkin mərhələdə yaşayış şəraiti daha pis olan bir-iki mərtəbəli, plansız-nizamsız tikilmiş evlər sökülə bilər:
"Bundan başqa, dövlətin müəyyən etdiyi kifayət qədər qəzalı binalar var. Belə binalar əsasən Bakıda, eləcə də kiçik həcmdə Gəncə və Sumqayıtdadır. Bu binalarla bağlı xüsusi dövlət komissiyası yaradılıb. Komitənin rəhbərliyi ilə işçi qrupu yaradılıb və aidiyyəti dövlət qurumları ilə birgə inventarizasiya aparılır. Addım-addım bu məhəllələrin sökülməsi, amma ilk növbədə insanların təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Elə bina var ki, sökülüb yerində yeni bina tikilə bilər və ora iş adamları cəlb ediləcək, amma elə yer də var ki, tikinti aparıla bilməz, həmin yer sadəcə abadlaşdırılacaq. Bunu da yalnız özəl vəsait hesabına etmək çətin olacaq. Dövlət müvafiq dəstək göstərməlidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0