https://sputnik.az/20241212/abs-ukraynani-ottava-konvensiyasini-pozmaga-tesviq-edir---rusiya-xn-469349050.html
ABŞ Ukraynanı Ottava Konvensiyasını pozmağa təşviq edir - Rusiya XİN
ABŞ Ukraynanı Ottava Konvensiyasını pozmağa təşviq edir - Rusiya XİN
Sputnik Azərbaycan
Rusiya XİN rəsmisi bildirib ki, bu, ABŞ-ın Ottava Konvensiyasına münasibətdə ikiüzlülüyünün və ikili standartlar siyasətinin bariz nümunəsidir. 12.12.2024, Sputnik Azərbaycan
2024-12-12T21:31+0400
2024-12-12T21:31+0400
2024-12-12T21:31+0400
rusiya xin
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
mariya zaxarova
ukrayna
abş
mina
ottava
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_0:0:3640:2048_1920x0_80_0_0_2c693dd1c0c0c79ea4c1e5f8437ee984.jpg
BAKI, 12 dekabr — Sputnik. ABŞ Kiyevə piyada əleyhinə minalar verməklə Kiyev rejimini Ottava Konvensiyasından irəli gələn öhdəlikləri pozmağa təşviq edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Diplomat əlavə edib ki, Kambocada Piyadalara Qarşı Minaların Qadağası Konvensiyasına üzv ölkələrin bu yaxınlarda keçirilmiş konfransı fonunda Vaşinqtonun bu cür addımları beynəlxalq hüquqi sənədlərə, o cümlədən Ottava Konvensiyasına münasibətdə ikiüzlülüyünün və ikili standartlar siyasətinin bariz nümunəsidir. Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Ostin ABŞ-ın Ukraynaya piyada əleyhinə minalar verməyə başladığını təsdiqləyərək, bu addımın Rusiya qoşunlarının taktikasına cavab olaraq atıldığını bildirib. Ukrayna piyada əleyhinə minaların istifadəsini, yığılmasını və istehsalını qadağan edən Ottava Konvensiyasını 2005-ci ildə ratifikasiya edib. Rusiya və ABŞ konvensiyanın tərəfləri deyil.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
ottava
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_370:0:3101:2048_1920x0_80_0_0_2e89c8729993d0d753d3d95fe89af791.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, mariya zaxarova, ukrayna, abş, mina, ottava
rusiya xin, mariya zaxarova, ukrayna, abş, mina, ottava
ABŞ Ukraynanı Ottava Konvensiyasını pozmağa təşviq edir - Rusiya XİN
Rusiya XİN rəsmisi bildirib ki, bu, ABŞ-ın Ottava Konvensiyasına münasibətdə ikiüzlülüyünün və ikili standartlar siyasətinin bariz nümunəsidir.
BAKI, 12 dekabr — Sputnik. ABŞ Kiyevə piyada əleyhinə minalar verməklə Kiyev rejimini Ottava Konvensiyasından irəli gələn öhdəlikləri pozmağa təşviq edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Birləşmiş Ştatlar öz hərəkətləri ilə Kiyev rejimini sözün əsl mənasında Ottava Konvensiyasından irəli gələn öhdəlikləri pozmağa təşviq edir, halbukiUkrayna 2005-ci ildən bu sənədin iştirakçısıdır", - Zaxarova brifinqdə deyib.
Diplomat əlavə edib ki, Kambocada Piyadalara Qarşı Minaların Qadağası Konvensiyasına üzv ölkələrin bu yaxınlarda keçirilmiş konfransı fonunda Vaşinqtonun bu cür addımları beynəlxalq hüquqi sənədlərə, o cümlədən Ottava Konvensiyasına münasibətdə ikiüzlülüyünün və ikili standartlar siyasətinin bariz nümunəsidir.
Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Ostin ABŞ-ın Ukraynaya piyada əleyhinə minalar verməyə başladığını təsdiqləyərək, bu addımın Rusiya qoşunlarının taktikasına cavab olaraq atıldığını bildirib. Ukrayna piyada əleyhinə minaların istifadəsini, yığılmasını və istehsalını qadağan edən Ottava Konvensiyasını 2005-ci ildə ratifikasiya edib. Rusiya və ABŞ konvensiyanın tərəfləri deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.