https://sputnik.az/20241211/ndi-en-vacib-sey-vetendaslarimizin-tehlukesizliyidir---zaxarova-469337989.html
İndi ən vacib şey vətəndaşlarımızın təhlükəsizliyidir - Zaxarova
İndi ən vacib şey vətəndaşlarımızın təhlükəsizliyidir - Zaxarova
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, hazırda Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şey edilir. 11.12.2024, Sputnik Azərbaycan
2024-12-11T15:54+0400
2024-12-11T15:54+0400
2024-12-11T16:04+0400
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya
rusiya federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e8/09/14/467545090_0:160:3072:1888_1920x0_80_0_0_55276ec0d8d406208669e5469226f05a.jpg
BAKI, 11 dekabr — Sputnik. Hazırda ən vacib şey Rusiya vətəndaşlarının təhlükəsizliyidir və bunun təmin edilməsi üçün lazım olan hər şey edilir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Suriyadakı vəziyyəti şərh edərkən bildirib. "İndi ən vacib şey, prioritetimiz şübhəsiz ki, vətəndaşlarımızın təhlükəsizliyidir", Zaxarova bildirib. "Siz çox yaxşı başa düşürsünüz ki, biz onları ayırmırıq. Bunlar mütəxəssis kimi orada olan vətəndaşlarımızdır, bunlar bizim hərbçilərimizdir, bunlar diplomatlarımızdır, bunlar suriyalıların ailə üzvləridir, bunlar jurnalistlərdir, Rusiya KİV-ləri ilə işləyənlər, o cümlədən Rusiya pasportu olan, Suriyada yaşayanlardır. Bu, mütləq prioritetdir", - Zaxarova əlavə edib. O vurğulayıb ki, hazırda Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şey edilir. Bundan əvvəl Suriyada dövlət televiziyasını ələ keçirən silahlı müxalifət nümayəndələri ölkəyə nəzarəti bərqərar etdiklərini bildirərək efirə çıxıblar. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bir neçə nazirlə ölkədə qaldığını, lakin müdafiə nazirinin harada olduğunu bilmədiklərini deyib. Baş nazir silahlı müxalifətin rəhbərliyi ilə də əlaqə qurduğunu bildirib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib. Bazar günü, dekabrın 8-də Kremldəki mənbə RİA Novosti-yə bildirib ki, Əsəd və onun ailə üzvləri Moskvaya gəliblər - Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib. Agentliyin həmsöhbəti onu da qeyd edib ki, Rusiya rəsmiləri liderləri Rusiya Federasiyasının Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/14/467545090_171:0:2902:2048_1920x0_80_0_0_41cd538bdad0aee38d8f2cbea4bf4277.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, rusiya federasiyası
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, rusiya federasiyası
İndi ən vacib şey vətəndaşlarımızın təhlükəsizliyidir - Zaxarova
15:54 11.12.2024 (Yenilənib: 16:04 11.12.2024) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, hazırda Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şey edilir.
BAKI, 11 dekabr — Sputnik. Hazırda ən vacib şey Rusiya vətəndaşlarının təhlükəsizliyidir və bunun təmin edilməsi üçün lazım olan hər şey edilir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Suriyadakı vəziyyəti şərh edərkən bildirib.
"İndi ən vacib şey, prioritetimiz şübhəsiz ki, vətəndaşlarımızın təhlükəsizliyidir", Zaxarova bildirib.
"Siz çox yaxşı başa düşürsünüz ki, biz onları ayırmırıq. Bunlar mütəxəssis kimi orada olan vətəndaşlarımızdır, bunlar bizim hərbçilərimizdir, bunlar diplomatlarımızdır, bunlar suriyalıların ailə üzvləridir, bunlar jurnalistlərdir, Rusiya KİV-ləri ilə işləyənlər, o cümlədən Rusiya pasportu olan, Suriyada yaşayanlardır. Bu, mütləq prioritetdir", - Zaxarova əlavə edib.
O vurğulayıb ki, hazırda Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şey edilir.
Bundan əvvəl Suriyada dövlət televiziyasını ələ keçirən silahlı müxalifət nümayəndələri ölkəyə nəzarəti bərqərar etdiklərini bildirərək efirə çıxıblar. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bir neçə nazirlə ölkədə qaldığını, lakin müdafiə nazirinin harada olduğunu bilmədiklərini deyib. Baş nazir silahlı müxalifətin rəhbərliyi ilə də əlaqə qurduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib.
Bazar günü, dekabrın 8-də Kremldəki mənbə RİA Novosti-yə bildirib ki, Əsəd və onun ailə üzvləri Moskvaya gəliblər - Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib. Agentliyin həmsöhbəti onu da qeyd edib ki, Rusiya rəsmiləri liderləri Rusiya Federasiyasının Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır.