https://sputnik.az/20241211/ayna-dan-yenilik-foto-video-469346286.html
AYNA-dan yenilik - FOTO Video
AYNA-dan yenilik - FOTO Video
Sputnik Azərbaycan
Layihə xüsusi proqram təminatında simulyasiya edilib. 11.12.2024, Sputnik Azərbaycan
2024-12-11T18:43+0400
2024-12-11T18:43+0400
2024-12-11T19:27+0400
ayna
paytaxt xəbərləri
piyada
piyada keçidi
piyada zolağı
yerüstü nəqliyyat agentliyi
azərbaycan yerüstü nəqliyyat agentliyi (ayna)
https://cdnn1.img.sputnik.az/img/42059/88/420598893_0:205:2000:1330_1920x0_80_0_0_129bbc33f391e437ec6b7fb4ce255d81.jpg
BAKI, 11 dekabr — Sputnik. Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanan layihə Nəqliyyatın Əlaqələndirmə Şurasında razılaşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a AYNA-dan məlumat verilib. Xəbərdə bildirilir ki, layihəyə əsasən Qurban Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də Nərimanov prospektindən Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri arasında yaranan mövcud mübahisəli vəziyyətin aradan qaldırılması və növbəli hərəkətin təşkil edilməsi məqsədilə kəsişmənin işıqfor vasitəsilə nizamlanması, sözügedən yol kəsişməsindəki piyada keçidlərinin yeri dəyişdirilməklə daha təhlükəsiz formada təşkili məqsədəuyğun hesab edilir. Layihə xüsusi proqram təminatında simulyasiya edilib. Nəticələrə əsasən, nəzərdə tutulan dəyişikliklərdən sonra piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunacaq, piyadaların mobillik imkanları artacaq. Qeyd edək ki, bu gündən ərazidə işlərin icrasına başlanılır. Hərəkət iştirakçılarından diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42059/88/420598893_211:0:1984:1330_1920x0_80_0_0_b22955ea597b56ff5e1e102d2c77de1d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ayna, piyada, piyada keçidi, piyada zolağı, yerüstü nəqliyyat agentliyi, azərbaycan yerüstü nəqliyyat agentliyi (ayna)
ayna, piyada, piyada keçidi, piyada zolağı, yerüstü nəqliyyat agentliyi, azərbaycan yerüstü nəqliyyat agentliyi (ayna)
AYNA-dan yenilik - FOTO Video
18:43 11.12.2024 (Yenilənib: 19:27 11.12.2024) Layihə xüsusi proqram təminatında simulyasiya edilib.
BAKI, 11 dekabr — Sputnik. Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanan layihə Nəqliyyatın Əlaqələndirmə Şurasında razılaşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a AYNA-dan məlumat verilib. Xəbərdə bildirilir ki, layihəyə əsasən Qurban Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də Nərimanov prospektindən Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri arasında yaranan mövcud mübahisəli vəziyyətin aradan qaldırılması və növbəli hərəkətin təşkil edilməsi məqsədilə kəsişmənin işıqfor vasitəsilə nizamlanması, sözügedən yol kəsişməsindəki piyada keçidlərinin yeri dəyişdirilməklə daha təhlükəsiz formada təşkili məqsədəuyğun hesab edilir.
Layihə xüsusi proqram təminatında simulyasiya edilib.
Nəticələrə əsasən, nəzərdə tutulan dəyişikliklərdən sonra piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunacaq, piyadaların mobillik imkanları artacaq.
Qeyd edək ki, bu gündən ərazidə işlərin icrasına başlanılır. Hərəkət iştirakçılarından diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.