Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistanla Azərbaycan ABŞ və Aİ-nin tövsiyələrinə qulaq asmır - Narışkin

© Sputnik / Алексей ДаничевNarışkin
Narışkin - Sputnik Azərbaycan, 1920, 10.12.2024
Abunə olmaq
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru deyib ki, ABŞ-ın Ukrayna ilə bağlı qorxusu Vaşinqton tərəfindən qurulan bütün qlobal maliyyə və hərbi-siyasi sistemə dağıdıcı təsir göstərməyə başlayır.
BAKI, 10 dekabr — Sputnik. ABŞ bütün cəbhələrdə təşəbbüsü itirir və postsovet məkanında Vaşinqton uğursuzluğa düçar olmağa başlayıb. Ermənistan və Azərbaycan "bütün məsələləri müstəqil həll etməyə üstünlük verərək, ABŞ və Aİ-nin sülh yolu ilə nizamlanmaya dair tövsiyələrinə qulaq asmır.
Bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Rusiyanın "Razvedçik" jurnalına müsahibəsində bildirib.

"ABŞ-ın Ukrayna ilə bağlı qorxusu Vaşinqton tərəfindən qurulan bütün qlobal maliyyə və hərbi-siyasi sistemə dağıdıcı təsir göstərməyə başlayır: Yaxın Şərqdən tutmuş Asiya və Afrikaya qədər postsovet məkanında onlar tamamilə iflasa uğrayıblar" – Narışkin bildirib.

Bu kontekstdə o, Cənubi Qafqaz və Moldovanı misal çəkib.
"Baxın, bu yaxınlarda marionetka Mixail Saakaşvilinin qalstuk yediyi Gürcüstanda qərblilər hakim "Gürcü arzusu" partiyasının seçkilərdə qalib gəlməsinin qarşısını ala bilmədilər. Qərbə qarşı ehtiyatsız yönəlmənin zərərli olduğunu dərk edən Gürcüstan hakimiyyəti öz maraqlarından çıxış etmək qərarına gəlib və indi kənardan tətbiq edilən, ənənəvi gürcü dəyərlərinə yad olan ultra-liberal gündəmdən şüurlu şəkildə uzaqlaşır. Moldovada Maya Sandu rejimi seçkilərdə istənilən nəticəni əldə edə bilməyib, Moldova cəmiyyətində de-fakto dərin parçalanma qeydə alınıb" - Xarici Kəşfiyyat Xidmətinin direktoru qeyd edib.
Bundan əvvəl Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov da ABŞ-ın MDB məkanında xaos yaratmaq istədiyini bildirib və Birlik ölkələrinin kəşfiyyat xidmətlərindən olan həmkarlarını ümumi maraqların müdafiəsi üçün səyləri birləşdirməyə çağırıb.
Xəbər lenti
0