Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Tramp deyib ki, Zelenski atəşkəs və sülh istəyir

© Getty Images / ChesnotTramp
Tramp  - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Abunə olmaq
ABŞ-nin yeni seçilmiş prezidenti bundan əvvəl də Vladimir Zelenski və Ukraynanın “saziş bağlamaq istədiklərini” dilə gətirib.
BAKI, 9 dekabr - Sputnik. ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp Vladimir Zelenskinin atəşkəs və sülh istədiyini bildirib. Bu barədə RİA Novosti-nin dərc etdiyi xəbərdə deyilir.

“(Zelenski – red.) barışmaq istəyir... Bu, yeni bir şeydir... O, atəşkəs istəyir... Detalları müzakirə etmədik. O, düşünür ki, vaxtdır", - deyə daha əvvəl Parisdə Zelenski ilə görüşən Tramp New York Post qəzetinə müsahibəsində bildirib.

Daha əvvəl Tramp Vladimir Zelenski ilə Ukraynanın “saziş bağlamaq istədiklərini” deyib və dərhal atəşkəs və danışıqlara çağırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Trampın bu bəyanatı ilə tanış olub.
Kreml rəsmisi vurğulayıb ki, sülh danışıqlarının şərtləri əvvəllər Rusiya prezidenti Vladimir Putin tərəfindən açıqlanıb, lakin Ukrayna dialoqdan imtina etməkdə davam edir.
Peskovun sözlərinə görə, dinc trayektoriyaya daxil olmaq üçün Zelenskinin danışıqları qadağan edən fərmanı ləğv etməsi və “yerdə ortaya çıxan reallıqları nəzərə alaraq” İstanbul razılaşmaları əsasında dialoqun bərpası barədə göstəriş verməsi kifayətdir.
İyun ayında Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün təşəbbüslərlə çıxış edib: Moskva Ukrayna qoşunlarının Rusiyanın yeni vilayətlərinin ərazisindən çıxarılmasından sonra dərhal atəşi dayandıracaq və danışıqlara hazır olduğunu bəyan edəcək.
Bundan əlavə, Rusiya lideri əlavə edib ki, Kiyev NATO-ya üzv olmaq niyyətindən imtina etdiyini bəyan etməli, demilitarizasiya və denazifikasiyanı həyata keçirməli, həmçinin neytral, bloklara qoşulmayan və nüvəsiz statusu qəbul etməlidir. Putin bu kontekstdə Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvini də qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0