Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiyanı heç kim sındıra bilməyəcək - Putin

© Sputnik / Михаил Терещенко / POOL / Mediabanka keçid Rusiya prezidenti Vladimir Putin
 Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Abunə olmaq
Rusiya lideri deyib ki, Rusiyada hərbi şücaət ənənələri sarsılmazdır, bu xüsusilə Kreml sarayının Müqəddəs Georgi zalının tağları altında aşkar hiss olunur.
BAKI, 9 dekabr — Sputnik. Rusiyanın bütün qəhrəmanlarını Vətən qarşısında hərbi və vətəndaş borcuna sədaqət və məhəbbət birləşdirir. Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Qəhrəmanlarının Qızıl Ulduz medalları ilə təltif edilməsi mərasimində deyib.
Putin bildirib ki, Rusiya xüsusi hərbi əməliyyat zonasında döyüşən əsgərlərin cəsarəti ilə fəxr edir.

"Biz onların hər biri ilə, həm bizdən çox əvvəl yaşamışlarla, həm də müasirlərimizlə fəxr edirik. Xüsusi hərbi əməliyyat zonasında döyüşən əsgərlərimizin şücaəti ilə fəxr edirik. Onların əzminə heç bir şübhə yeri yoxdur. Biz qalib gələcəyik", - Putin deyib.

Kremldə keçirilən tədbirə xüsusi şücaət və qəhrəmanlıq göstərmiş 300-dən çox hərbçi və mülki şəxs dəvət olunub. Onların arasında Sovet İttifaqı Qəhrəmanları, Rusiya Federasiyası Qəhrəmanları, "Şöhrət" ordeninin və Georgi ordeninin sahibləri var.
Putin deyib ki, Rusiyada hərbi şücaət ənənələri sarsılmazdır, bu xüsusilə Kreml sarayının Müqəddəs Georgi zalının tağları altında aşkar hiss olunur.
"Biz müxtəlif dövrlərdə azadlığı və müstəqilliyi müdafiə edən, həyatımızı müstəqil şəkildə müəyyən etmək hüququmuzu müdafiə edən hər kəsə hörmətlə yanaşırıq. Həmin qəhrəmanların adları ölkəmizin qələbə və nailiyyətlər salnaməsinə əbədi həkk olunub", - Putin vurğulayıb.
Rusiya prezidentideyib ki, birlik və güclü qələbə əzmi rusiyalıların milli xarakterində cəmləşib.
Putin bildirib ki, Rusiya Xüsusi Hərbi əməliyyatın qəhrəmanlarına arxalanmağa davam edəcək, onlar ölkənin elitasıdır.

"Artıq "Qəhrəmanların vaxtı" adlı xüsusi təlim proqramımız var. İndi onun ilk axınında 60-dan çox "Cəsurluq" ordeninin sahibi var və 21-i Rusiya Qəhrəmanı adına layiq görülüb. Belə insanlar ölkənin əsl elitası və qürurudur", - o, Rusiya Qəhrəmanlarına müraciətdə bildirib.

Rusiya prezidenti bildirib ki, Rusiyanı heç kim sındıra bilməyəcək, onun tərəfində həqiqət, ruh gücü və silah var.
"Onların (XHƏ döyüşçülərinin - red.) qətiyyəti bizim qalib gələcəyimizə və heç kimin Rusiyanı sındıra bilməyəcəyinə şübhə yeri qoymur. Bzim tərəfimizdə həqiqət, silah gücü və ruh gücü var", - Putin bildirib.
Kremldəki təntənəli tədbirə xüsusi şücaət və qəhrəmanlıq göstərmiş 300-dən çox hərbçi və mülki şəxs dəvət olunub. Onların arasında Sovet İttifaqı Qəhrəmanları, Rusiya Federasiyası Qəhrəmanları, "Şöhrət" ordeninin tam sahibləri və Georgi ordeninin sahibləri var.
Təntənəli tədbir hər il dekabrın 9-da ölkədə qeyd olunan Vətən Qəhrəmanları Gününə həsr olunub. Mərasim Böyük Kreml Sarayının Georgi zalında keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0