Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

RF daimi nümayəndəsi: KTMT Avrasiyada təhlükəsizlik sisteminin dayağı olmalıdır

© Sputnik / Александр КряжевKTMT
KTMT  - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Abunə olmaq
Yaxın Şərq bölgəsindəki vəziyyət getdikcə daha çox qızışır və mövcud böhranlı vəziyyətlər şəraitində KTMT-nin potensialını daha da artırmaq lazımdır.
BAKI, 9 dekabr — Sputnik. Hazırkı qlobal vəziyyət müxtəlif intensivlik dərəcəsi ilə seçilən böhranlarla doludur. Bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev TASS-a müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, Yaxın Şərqdə vəziyyət getdikcə qızışır, Asiya-Sakit okean bölgəsinin hərbiləşdirilməsi sürətləndirilir. Burada Vaşinqton və onun müttəfiqləri açıq-aşkar anti-Çin və anti-Ruisya yönümlü yeni qarşıdurma strukturları yaradırlar.
Vasilyevin sözlərinə görə, belə şəraitdə KTMT "mövcud və potensial çağırışlara qarşı dayanaqlı olmaq üçün potensialını artırmalıdır":
"KTMT-nin fəaliyyəti regional və qlobal vəziyyətin deqradasiyası və əslində beynəlxalq münasibətlər sahəsindəki böhran fonunda həyata keçirilir. Əsas oyunçular faktiki olaraq beynəlxalq hüququn universal normalarından imtina edir, təhlükəsizlik həddini endirir, problemlərin güclə həlli halları artır və onların tənzimlənməsi perspektivləri çox qeyri - müəyyən forma alır".

"Çoxsaylı yatmış münaqişə ocaqları qaynar fazaya keçir, subregional problemlər regional münaqişələrə çevrilir, proseslər daha çox xaricdən idarə olunmağa başlayır", - deyə daimi nümayəndə qeyd edib.

© Sputnik / Владимир АстапковичRusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev
 Полномочный представитель Российской Федерации при ОДКБ Виктор Васильев - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev
Onun qənaətinə görə, Şimali Atlantika Alyansının Avropanı saldığı mütləq təhlükəsizlik böhranı göstərir ki, Avroatlantik Təhlükəsizlik konsepsiyası uğursuzluğa düçar olub. Buna rəğmən, Qərb hələ də dünyanı yalnız öz qaydalarına uyğun fəaliyyət göstərən birqütblü konfiqurasiyada görmək istəyir.

"Belə şəraitdə geosiyasət coğrafiyaya və təbii yerləşməyə daha çox diqqət yetirilməsini tələb edir. Məhz bu obyektiv amildən çıxış edərək, Rusiya prezidenti Vladimir Putin Avrasiyada təhlükəsizlik sisteminin, digər məsələlərlə yanaşı, bu məkanda mövcud olan dost strukturlara əsaslanaraq yaradılması ideyasını irəli sürüb. Və KTMT bu yaradılan sistemin əsas komponentlərindən biridir", - deyə Vasilyev bildirib.

Diplomat qeyd edib ki, KTMT-nin Şanxay Əməkdaşlıq təşkilatı (ŞƏT) və MDB ilə qarşılıqlı əlaqəsinin üçtərəfli formatının daha da inkişaf etdirilməsi Avrasiyada regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, həmçinin təhlükəsizlik, iqtisadiyyat və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin yeni arxitekturasının formalaşdırılmasına yönəlib.
XXI əsrdə Avrasiyada müxtəliflik və çoxqütblülük Xartiyası üzərində iş BMT-nin ixtisaslaşmış qurumları və digər beynəlxalq təşkilatlar tərəfindən maraqla qarşılanır.
Ruisyanın Daimi nümayəndəsi Vasilyevin fikrinə görə, KTMT-nin də iştirak edəcəyi müvafiq təşkilatlararası birgə əməkdaşlığın gücləndirilməsi Avrasiyada ümumi təhlükəsizlik məkanının formalaşmasına xidmət edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0