https://sputnik.az/20241209/baki-metrosunda-yenilik-fotolar-469306808.html
Bakı metrosunda yenilik-Fotolar
Bakı metrosunda yenilik-Fotolar
Sputnik Azərbaycan
Bu yenilik "Əlçatan metro" layihəsi üzrə sifarişlər verilməsində və qeydiyyatda yanlışlığa yol vermədən və daha asan üsulla və sürətli aparılmasını təmin... 09.12.2024, Sputnik Azərbaycan
2024-12-09T22:23+0400
2024-12-09T22:23+0400
2024-12-09T22:23+0400
metro
paytaxt xəbərləri
bakı
çıxış
elektron
naviqasiya
yenilik
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/09/469306196_0:54:910:566_1920x0_80_0_0_fead5aae6b7a6c79f51239e73dc81d2b.jpg
BAKI, 9 dekabr — Sputnik. İlk dəfə metropoliten stansiyalarının çıxışları nömrələnir. Bu barədə Sputnik Azərbaycan-a Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O, bildirib ki, Bakı metropolitenində sərnişinlərin səmti rahatlıqla müəyyən etməsinə müsbət təsir göstərəcək daha bir yenilik edilir. Bütün stansiyaların giriş və çıxışlarının sıra nömrələri ilə təmin edilməsinə başlanılıb. Bununla əlaqədar metropoliten stansiyalarının platformaları, vestibül, keçid və giriş sahələrində olan naviqasiya məlumatlandırma lövhələri dəyişdirilir. Onun sözlərinə görə, nömrələmə naviqasiya imkanlarını genişləndirməklə yerüstü sahələrdə stansiyaların giriş və çıxışlarına münasibətdə daha konkret seçim edilməsinə, habelə yanlışlıqlara yol verilməsinin, əsasən, aradan qaldırılmasına təsir edəcək. Qeyd edilənlərlə yanaşı, nəqliyyatın əlaqələndirilməsi, stansiya çıxışları üzrə daha səlis və dəqiq naviqasiya imkanlarından istifadə edilməsinə yol açacaq. Bu yenilik "Əlçatan metro" layihəsi üzrə sifarişlər verilməsində və qeydiyyatda yanlışlığa yol vermədən və daha asan üsulla və sürətli aparılmasını təmin edəcək. "Planlaşdırılan müasir elektron, mobil və digər naviqasiya sistemlərinin tətbiqi zamanı da nömrələmə qaydasının imkanlarından geniş istifadə olunacaq. Bu istiqamətdə monitorinqlər aparılaraq, bir sıra digər yeniliklərin tətbiqi də nəzərdə tutulub", - B.Məmmədov bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/09/469306196_42:0:869:620_1920x0_80_0_0_ef9720f81bda16b3cb52e4c746ac0893.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
metro, bakı, çıxış, elektron, naviqasiya, yenilik
metro, bakı, çıxış, elektron, naviqasiya, yenilik
Bakı metrosunda yenilik-Fotolar
Bu yenilik "Əlçatan metro" layihəsi üzrə sifarişlər verilməsində və qeydiyyatda yanlışlığa yol vermədən və daha asan üsulla və sürətli aparılmasını təmin edəcək.
BAKI, 9 dekabr — Sputnik. İlk dəfə metropoliten stansiyalarının çıxışları nömrələnir. Bu barədə Sputnik Azərbaycan-a Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O, bildirib ki, Bakı metropolitenində sərnişinlərin səmti rahatlıqla müəyyən etməsinə müsbət təsir göstərəcək daha bir yenilik edilir. Bütün stansiyaların giriş və çıxışlarının sıra nömrələri ilə təmin edilməsinə başlanılıb. Bununla əlaqədar metropoliten stansiyalarının platformaları, vestibül, keçid və giriş sahələrində olan naviqasiya məlumatlandırma lövhələri dəyişdirilir.
"Çıxışların nömrələnməsi sayəsində sərnişinlər üçün istiqamət seçilərkən bəzi vərdişlərin möhkəmləndirilməsi daha da rahat olacaq. Bu xüsusda çıxışlarda olan obyektləri məhz nömrələrlə daha sürətli və tez təyin etmək mümkün olacaq, eləcə də səmtin müəyyən edilməsi ilə bağlı bir sıra digər çətinliklər azalacaq", - Metropoliten rəsmisi bildirib.
Onun sözlərinə görə, nömrələmə naviqasiya imkanlarını genişləndirməklə yerüstü sahələrdə stansiyaların giriş və çıxışlarına münasibətdə daha konkret seçim edilməsinə, habelə yanlışlıqlara yol verilməsinin, əsasən, aradan qaldırılmasına təsir edəcək. Qeyd edilənlərlə yanaşı, nəqliyyatın əlaqələndirilməsi, stansiya çıxışları üzrə daha səlis və dəqiq naviqasiya imkanlarından istifadə edilməsinə yol açacaq. Bu yenilik "Əlçatan metro" layihəsi üzrə sifarişlər verilməsində və qeydiyyatda yanlışlığa yol vermədən və daha asan üsulla və sürətli aparılmasını təmin edəcək.
"Planlaşdırılan müasir elektron, mobil və digər naviqasiya sistemlərinin tətbiqi zamanı da nömrələmə qaydasının imkanlarından geniş istifadə olunacaq. Bu istiqamətdə monitorinqlər aparılaraq, bir sıra digər yeniliklərin tətbiqi də nəzərdə tutulub", - B.Məmmədov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.