Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanın dövlət qurumu Rusiyanın Federal Xidməti ilə müqavilə imzaladı

© Photo : The Ministry of Labor and Social Protection Azərbaycanın dövlət qurumu Rusiyanın Federal Xidməti ilə müqavilə imzaladı-

Azərbaycanın dövlət qurumu Rusiyanın Federal Xidməti ilə müqavilə imzaladı- - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Abunə olmaq
Tədbirlər Planında iki qurum arasında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin planlaşdırılması və həyata keçirilməsi nəzərdə tutulub.
BAKI, 9 dekabr — Sputnik. Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Rusiyanın Əmək və Məşğulluq üzrə Federal Xidməti arasında yeni əməkdaşlıq sənədi imzalanıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Xəbərdə bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Rusiyanın Əmək və Məşğulluq üzrə Federal Xidməti arasında əmək müfəttişliyi üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandumun həyata keçirilməsi məqsədi ilə 2025-2026-cı illər üçün Tədbirlər Planı imzalanıb.
Sənədi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev və Rusiyanın Əmək və Məşğulluq üzrə Federal Xidmətinin rəhbəri Mixail İvankov Rusiyada keçirilən "Federal əmək müfəttişliyi sistemində ən yaxşı peşə" müsabiqəsi qaliblərinin mükafatlandırma tədbiri çərçivəsində imzalayıblar.
Tədbirlər Planında iki qurum arasında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin planlaşdırılması və həyata keçirilməsi, o cümlədən elektron auditin aparılması üzrə elektron informasiya sistemlərindən istifadə edilməsi, yoxlamalar zamanı risk əsaslı yanaşmanın tətbiqi, profilaktik tədbirlərin görülməsi, əmək müfəttişlərinin peşəkarlığının artırılması istiqamətində birgə tədbirlər nəzərdə tutulub.
Həmçinin müvafiq sahələrdə təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçiriləcəyi qeyd olunub.
Səfər çərçivəsində Rusiyanın Əmək və Məşğulluq üzrə Federal Xidmətində görüşlər keçirilib və aidiyyəti fəaliyyət sahələri üzrə təcrübə mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0