Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ABŞ-la müharibədən yayınır, çünki nüvə münaqişəsinə çevrilə bilər - Lavrov

© Sputnik / МИД РФ / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 06.12.2024
Abunə olmaq
Xarici işlər naziri vurğulayıb ki, məhdud nüvə zərbəsi barədə söhbətlər Rusiyanın istəmədiyi fəlakətə aparan təhlükəli oyundur.
BAKI, 6 dekabr — Sputnik. Rusiya və ABŞ müharibə vəziyyətində deyil. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Taker Karlsonla müsahibəsində deyib.

"Mən deməzdim ki, Rusiya Federasiyası və ABŞ müharibəvəziyyətindədir. Hər bir halda, Moskva münaqişədə maraqlı deyil", - Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya bütün ölkələrlə, xüsusən də ABŞ kimi böyük ölkə ilə bərabərhüququlu münasibətlərə can atır. Nazir xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə ABŞ xalqına, onun tarixinə və dünya səhnəsindəki nailiyyətlərinə hörmət etdiyini bildirib.
"Biz Rusiya və ABŞ-ın dünya naminə əməkdaşlıq edə bilməməsi üçün heç bir səbəb görmürük", - Lavrov vurğulayıb.
Eyni zamanda o, Rusiyanın "Oreşnik" orta mənzilli ballistik raketinin sınağı şəklində verdiyi siqnalın ciddi qəbul olunacağına ümid etdiyini bildirib. Lavrov əlavə edib ki, lazımi nəticələr çıxarmasa, Moskva Qərbə əlavə ismarıclar göndərməyə hazırdır.
Nazir qeyd edib ki, raket buraxılışı ABŞ və onun Ukraynanı uzaqmənzilli silahlarla təchiz edən müttəfiqlərinə Rusiya tərəfinin strateji məğlubiyyətin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə hazır olduğunu xatırlatmaq məqsədi daşıyır.
O, həmçinin qeyd edib ki, Moskva anlaşılmazlıqlardan uzaq durmaq istəyir. Bununla belə, London və Brüsseldəki bəzi siyasətçilər vəziyyəti yanlış qiymətləndirdiklərinə görə, Rusiya öz mövqelərini aydınlaşdırmaq üçün əlavə ismarıclar göndərə bilər.
Rusiya nüvə fəlakətinə qarşı
Xarici işlər naziri vurğulayıb ki, məhdud nüvə zərbəsi barədə söhbətlər Rusiyanın istəmədiyi fəlakətə aparan təhlükəli oyundur.

"Nüvə fəlakətinin qarşısının alınması barədə peşəkarlar yaxşı bilirlər. Bu, çox təhlükəli oyundur", - Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya ABŞ-la müharibədən yayınır, çünki bu, nüvə münaqişəsinə çevrilə bilər. O əlavə edib ki, bu mövqe Rusiyanın hərbi doktrinasında öz əksini tapıb.
Nazir xatırladıb ki, Vladimir Putin və Co Bayden arasında 2021-ci ilin iyununda Cenevrədə keçirilən danışıqlarda tərəflər təsdiq ediblər ki, nüvə müharibəsində qalib ola bilməz və bu, nə vaxtsa baş verməməlidir.
Lavrov həmçinin qeyd edib ki, bəzi Pentaqon və NATO rəsmiləri "ən yaxşı müdafiə hücumdur" deyərək ilkin zərbənin mümkünlüyünü etiraf ediblər.

"Bu cür bəyanatlar ciddi narahatlıq doğurursa, Qərb siyasətçiləri Rusiyanın "qırmızı xətləri"nin olmadığını düşünürlərsə, bu, böyük səhvdir", - nazir vurğulayıb.

Ukrayna məsələsi
Xarici işlər naziri bildirib ki, Ukraynadakı münaqişə Rusiya və ABŞ arasında hibrid müharibədir. ABŞ-ın köməyi olmasaydı, Kiyev müasir uzaqmənzilli silahlardan istifadə edə bilməzdi.

"Aydındır ki, ukraynalılar ABŞ hərbçilərinin birbaşa iştirakı olmadan müasir silahlardan istifadə edə bilməzlər", - Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Moskva xüsusi hərbi əməliyyat keçirməyə qərar verib, çünki Kiyev və onun Qərb sponsorları Minsk razılaşmalarını sabotaj ediblər.
"Onlar bunları yerinə yetirsəydilər, Ukrayna vahid dövlət olaraq qalardı", - nazir qeyd edib.
O, əlavə edib ki, razılaşmalar əvvəlcə Ukraynanın keçmiş prezidenti Petro Poroşenko, sonra isə Vladimir Zelenski tərəfindən sabotaj edilib. Hər ikisi hakimiyyətə sülh şüarı ilə gəldi, amma hər ikisi yalan danışdı.
Lavrov onu da vurğulayıb ki, Rusiya rusiyalılara qardaş olan Ukrayna xalqını məhv etmək niyyətində deyil.
Nazirin sözlərinə görə, Moskva ilə Vaşinqton arasında rabitə kanalları qalır, baxmayaraq ki, onlar əsasən əsirlərin mübadiləsinə dair danışıqlar üçün istifadə olunur.

"Elə kanallar da var ki, onlar ictimaiyyətə açıqlanmır, amma amerikalılar onlar vasitəsilə açıq şəkildə istədiklərini deyirlər: "biz dayanmalıyıq", "Ukraynanın ehtiyaclarını və onun mövqeyini qəbul etməliyik", - Lavrov fikirlərini yekunlaşdırıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0