https://sputnik.az/20241206/rudenkonun-iranli-hemkari-ile-muzakire-etdiyi-meseleler-aciqlandi-469228184.html
Rudenkonun iranlı həmkarı ilə müzakirə etdiyi məsələlər açıqlandı
Rudenkonun iranlı həmkarı ilə müzakirə etdiyi məsələlər açıqlandı
Sputnik Azərbaycan
Rusiya XİN-dən bildirilib ki, müxtəlif səviyyələrdə, ilk növbədə, ən yüksək səviyyədə qarşıdan gələn təmasların qrafiki nəzərdən keçirilib. 06.12.2024, Sputnik Azərbaycan
2024-12-06T14:52+0400
2024-12-06T14:52+0400
2024-12-06T14:52+0400
andrey rudenko
rusiya
iran
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/06/469228015_0:0:3073:1730_1920x0_80_0_0_74e855f333951f1de8be7ea624e0610b.jpg
BAKI, 6 dekabr — Sputnik. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko və İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançi müxtəlif səviyyələrdə qarşıdan gələn təmasların cədvəlini müzakirə edib və Moskva ilə Tehran arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Moskvada ikitərəfli məsləhətləşmələrin yekunlarına dair bəyanatında deyilir. Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, tərəflər ikitərəfli gündəliyin cari məsələlərini müzakirə ediblər. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirmişdi ki, İran prezidenti Məsud Pezeşkianın Rusiyaya səfəri Rusiya prezidenti Vladimir Putinin ilin sonuna qədər planlaşdırdığı proqramda deyil, lakin hazırlıq davam edir, çünki Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanmasını təxirə salmaq niyyətində deyillər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/06/469228015_270:0:3001:2048_1920x0_80_0_0_025145d35d9c5925f38f834e03f7b103.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
andrey rudenko , iran, rusiya
andrey rudenko , iran, rusiya
Rudenkonun iranlı həmkarı ilə müzakirə etdiyi məsələlər açıqlandı
Rusiya XİN-dən bildirilib ki, müxtəlif səviyyələrdə, ilk növbədə, ən yüksək səviyyədə qarşıdan gələn təmasların qrafiki nəzərdən keçirilib.
BAKI, 6 dekabr — Sputnik. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko və İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançi müxtəlif səviyyələrdə qarşıdan gələn təmasların cədvəlini müzakirə edib və Moskva ilə Tehran arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Moskvada ikitərəfli məsləhətləşmələrin yekunlarına dair bəyanatında deyilir.
"Moskva və Tehran arasında artıq razılaşdırılmış rəsmiləşdiriləcək yeni əsas dövlətlərarası saziş çərçivəsində strateji tərəfdaşlığı daha da gücləndirmək niyyəti təsdiqlənib", - XİN-dən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, tərəflər ikitərəfli gündəliyin cari məsələlərini müzakirə ediblər.
"Rusiya-İran qarşılıqlı fəaliyyətinin ticarət-iqtisadi komponentinə və nəqliyyat və enerji sahələrində iri birgə infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirilib, müxtəlif səviyyələrdə, ilk növbədə, ən yüksək səviyyədə qarşıdan gələn təmasların qrafiki nəzərdən keçirilib", - məlumatda bildirilib.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirmişdi ki, İran prezidenti Məsud Pezeşkianın Rusiyaya səfəri Rusiya prezidenti Vladimir Putinin ilin sonuna qədər planlaşdırdığı proqramda deyil, lakin hazırlıq davam edir, çünki Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanmasını təxirə salmaq niyyətində deyillər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.