https://sputnik.az/20241206/nato-nun-kursu-deyismez-olaraq-qalir---sonuncu-ukraynaliya-qeder-muharibe-469224294.html
NATO-nun kursu dəyişməz olaraq qalır - "sonuncu ukraynalıya qədər" müharibə
NATO-nun kursu dəyişməz olaraq qalır - "sonuncu ukraynalıya qədər" müharibə
Sputnik Azərbaycan
Qərbin Ukraynadakı antirusiya siyasəti ABŞ və müttəfiqlərinin məğlubiyyətləri sırasına daha bir acınacaqlı səhifə əlavə edə bilər. 06.12.2024, Sputnik Azərbaycan
2024-12-06T21:11+0400
2024-12-06T21:11+0400
2024-12-06T21:11+0400
nato
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
qərb
ukrayna
abş
rusiya
kiyev
çin
donald tramp
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/05/469212909_0:160:3072:1888_1920x0_80_0_0_f32d1f245c7a36971daa23799372eaec.jpg
BAKI, 6 dekabr — Sputnik. Rusiya ordusu 1000 gündən çoxdur ki, Ukrayna Silahlı qüvvələrii (USQ) və Qərb silahlarının "dəmir axını"nı səmərəli şəkildə üyütməkdə davam edir. Dneprin sol sahilindəki Rusiya ərazilərini banderaçılardan azad edilir. Hətta ABŞ və NATO-nun uzağı görməkdə çətinlik çəkən strateqləri də Ukraynadakı məğlubiyyətin yaxınlığını, kursu tənzimləmək ehtiyacını dərk etməyə başlayırlar. Qərb müharibəni dondurmaq niyyətində olsa da, Moskva ilə danışıqlara "güc mövqeyindən" çıxmaq üçün Kiyevin oyuncaq hakimiyyətindən 18 yaşlı uşaqların belə kütləvi səfərbərliyini tələb edir. Dekabrın 4-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Kiyev arasında münaqişənin həlli ilə bağlı danışıqlar üçün əsasın olmadığını bildirib. Bəli, Rusiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sülh təklifləri rəsmi şəkildə təqdim olunduğu təqdirdə onların araşdırılmasına hazırdır. Lakin Moskva Ukrayna münaqişəsi ilə bağlı baza prinsiplərindən, mövqelərindən geri çəkilməyəcək (https://ria.ru/20241204/predlozheniya-1987372193.html). Rusiya Federasiyasının əzəldən qarşıya qoyduğu hədəflər dəyişməz olaraq qalır: Ukraynanın silahsızlaşdırılması və denasifikasiyası, NATO xarici qoşunlarının və hücum silahlarının 1997-ci ildə olduğu mövqelərinədək geri çəkilməsi. Bundan əlavə, beynəlxalq bərabər və bölünməz təhlükəsizlik sisteminin formalaşdırılması. USQ-nin deqradasiyasını nəzərə alaraq, vaxtı keçmiş Kiyev lideri "ərazinin 20 faizi"nin qaytarılması ilə bağlı döyüş ritorikasını dəyişdirmək məcburiyyətində qalıb. Ukraynanın NATO–ya üzv olması müqabilində Rusiya ilə münaqişənin hazırkı "cəbhə xətti boyu" başa çatması ehtimalı ilə bağlı incə eyhamlar ortaya çıxıb. Dekabrın 3-4-ü Brüsseldə alyans ölkələrinin xarici işlər nazirləri ağrılı şəkildə strateji cəhətdən çıxılmaz vəziyyətdən çıxış yolu axtarsalar da, Ukraynanı NATO-ya dəvət etməkdən imtina ediblər. ABŞ, Belçika, İspaniya və Almaniya da daxil olmaqla yeddi ölkə qəti şəkildə buna qarşı çıxıb. Bəhanə olaraq, Alyansın baş katibi Mark Rutte Ukraynada müharibənin təhlükəli həddə çatmasından, Rusiya, Çin, Şimali Koreya və İranın yaxınlaşması üçün "təhdidlərin qlobal xarakterindən" bəhs edib. Buna rəğmən Rutte Qərbi Rusiya ilə danışıqları təxirə salmağa və Zelenskinin "güc mövqeyi" əldə edəcəyi dövrə qədər Kiyev rejimini silahlandırmağa çağırıb, NATO ölkələrinin əksəriyyətinin arsenalları boşalıb, Qərb hərbi-sənaye kompleksinin gücü Ukrayna ordusunun ehtiyaclarını ödəyə bilmir. Rusiyanın müdafiə istehsalı isə ABŞ və Alyansa üzv olan bütün ölkələrin istehsalını üstələyir. Qərb və USQ üçün yaranmış bu faciəvi şəraitdə ABŞ-ın baş diplomatı (gedən administrasiyada) Entoni Blinken dekabrın 4-də Kiyevi "çətin qərarlara" çağırıb. O cəbhə xəttində döyüşmək üçün18-25 yaşlı ukraynalıların "cəlb olunmasının" zəruriliyini bildirib. Sanki gənclərin ümumi səfərbərliyi zəmanətli "ət dəyirmanı" və Ukraynada demoqrafik fəlakətin inkişafına yox, cəbhədə müvəffəqiyyətin əldə olunmasına gətirəcək. Koqnitiv dissonans Kiyevin oyuncaq rəhbərliyi Rusiya ilə danışıqlara hazır olduqlarını açıq şəkildə bildirib. Bu haqda qərar qərb mətbuatında dekabrın 4-də ABŞ-ın yeni administrasiyasının sülhün əldə olunmasına dair təklif etdiyi üç planının dərc edilməsindən və onların heç birinin Moskvanı qane etməyəcəyini başa düşdükdən sonra qəbul olunub. Onlar həm də dördüncü planın həyata keçirilməsinin qaçılmazlığını anlayıblar. Bu plan Zelenskinin "güc mövqeyi" əldə edəcəyinə qədər (USQ və bəlkə də elə ABŞ-ın da tamamilə məhv edilməsinə qədər) USQ-ni Amerika silahları ilə təmin edilməsini nəzərdə tutur. Belə təsəvvür yaranır ki, guya Ukrayna yeni ABŞ prezidentinin sülhməramlı təşəbbüslərinə qarşı çıxmır. Amma bununla yanaşı, Kiyev "güc vasitəsi ilə sülhün əldə olunmasına" çağırır. Yəni, Ukrayna "transatlantik təhlükəsizlik" və Trampın "amerika hər şeydən üstündür"strategiyasının tərkib hissəsi olmağa çalışır. Gələcək müharibə və sülh danışıqları kontekstindən kənar olaraq NATO-nun Avropa ölkələri Kiyev rejiminə silah tədarükünün mütləq prioritet olmasını dəstəkləyirlər. Elə bil ki, Ukrayna cəbhəsindəki Qərb silahları sülhü bərqərar edə bilər. NATO-nun "Putini təhrik etmədən Ukraynanı qoruyacaq təhlükəsizlik zəmanətləri" ideyası açıq-aşkar cəfəngiyat kimi görünür. Axı məhz bu "qayğının" (Pentaqonun bioloji laboratoriyalarının salınması) nəticəsi olaraq Rusiya Xüsusi əməliyyat keçirmək məcburiyyətində qaldı. O ki qaldı Ukraynada "Avropa qoşunları"nın yerləşdiriləcəyi "silahsızlaşdırılmış zona"nın yaradılması layihəsinə, və ya Almaniyanın təklif etdiyi "Ukrayna üçün xüsusi mini-alyans"ın yaradılmasına, bunlar da əslində elə NATO-nun genişləndirilməsini nəzərdə tutan planlardır ki, Moskva bunlarla heç vaxt barışmayacaq. Görünür, ABŞ və NATO çoxqütblü dünyanın aşkar mürəkkəbliyini görmür. Bunun nəticəsidir ki, onlar reallığı "Rusiyanı 24 saat ərzində əzərik" (özü də termonüvə arsenalı ilə birlikdə) kimi ibtidai şüar səviyyəsinə qədər "sadələşdirir". Bundan dərhal sonra - Çin üzərində eyni dərəcədə sürətli və təsirli bir qələbə nəzərdə tutulur. Bu cür "gücənmə və təngənəfəslik" gülünc görünsə də, 2024-cü il Nobel mükafatı laureatlarına məxsusdur və 3 milyondan çox tirajla nəşr olunan Newsweek jurnalında dərc olunub. Güman edirəm ki, yaxın perspektivdə Rusiyanın xüsusi əməliyyatının davam etməsi, eskalasiyanın daha da artması qaçılmazdır. Münaqişə coğrafiyasının genişlənməsi də istisna deyil. Amerika prezidentləri dəyişsə də, kollektiv Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaqla bağlı qlobal məqsədləri dəyişməz olaraq qalır. Bu plan Rusiyanın kiçik kvazi-dövlətlərə bölünməsini və məhv edilməsini nəzərdə tutur. İddialı anti-Rusiya layihəsi xüsusi ilə də ABŞ və NATO-nun Koreya, Vyetnam, İraq, Əfqanıstandakı biabırçı hərbi məğlubiyyətlərindən sonra heç inandırıcı görünmür. Bu siyahı qaçılmaz olaraq mazepa və bandera Ukraynası ilə davam edəcək. Rusiya nüvə silahından istifadə etmədən belə.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/05/469212909_171:0:2902:2048_1920x0_80_0_0_3a0b9ee51382d3a2c05dc5ebeb045348.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
nato, qərb, ukrayna, abş, rusiya, kiyev, çin, donald tramp
nato, qərb, ukrayna, abş, rusiya, kiyev, çin, donald tramp
NATO-nun kursu dəyişməz olaraq qalır - "sonuncu ukraynalıya qədər" müharibə
Qərbin Ukraynadakı antirusiya siyasəti ABŞ və müttəfiqlərinin məğlubiyyətləri sırasına daha bir acınacaqlı səhifə əlavə edə bilər.
BAKI, 6 dekabr — Sputnik. Rusiya ordusu 1000 gündən çoxdur ki, Ukrayna Silahlı qüvvələrii (USQ) və Qərb silahlarının "dəmir axını"nı səmərəli şəkildə üyütməkdə davam edir. Dneprin sol sahilindəki Rusiya ərazilərini banderaçılardan azad edilir. Hətta ABŞ və NATO-nun uzağı görməkdə çətinlik çəkən strateqləri də Ukraynadakı məğlubiyyətin yaxınlığını, kursu tənzimləmək ehtiyacını dərk etməyə başlayırlar. Qərb müharibəni dondurmaq niyyətində olsa da, Moskva ilə danışıqlara "güc mövqeyindən" çıxmaq üçün Kiyevin oyuncaq hakimiyyətindən 18 yaşlı uşaqların belə kütləvi səfərbərliyini tələb edir.
Dekabrın 4-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Kiyev arasında münaqişənin həlli ilə bağlı danışıqlar üçün əsasın olmadığını bildirib. Bəli, Rusiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sülh təklifləri rəsmi şəkildə təqdim olunduğu təqdirdə onların araşdırılmasına hazırdır. Lakin Moskva Ukrayna münaqişəsi ilə bağlı baza prinsiplərindən, mövqelərindən geri çəkilməyəcək (https://ria.ru/20241204/predlozheniya-1987372193.html). Rusiya Federasiyasının əzəldən qarşıya qoyduğu hədəflər dəyişməz olaraq qalır: Ukraynanın silahsızlaşdırılması və denasifikasiyası, NATO xarici qoşunlarının və hücum silahlarının 1997-ci ildə olduğu mövqelərinədək geri çəkilməsi. Bundan əlavə, beynəlxalq bərabər və bölünməz təhlükəsizlik sisteminin formalaşdırılması.
USQ-nin deqradasiyasını nəzərə alaraq, vaxtı keçmiş Kiyev lideri "ərazinin 20 faizi"nin qaytarılması ilə bağlı döyüş ritorikasını dəyişdirmək məcburiyyətində qalıb. Ukraynanın NATO–ya üzv olması müqabilində Rusiya ilə münaqişənin hazırkı "cəbhə xətti boyu" başa çatması ehtimalı ilə bağlı incə eyhamlar ortaya çıxıb.
Dekabrın 3-4-ü Brüsseldə alyans ölkələrinin xarici işlər nazirləri ağrılı şəkildə strateji cəhətdən çıxılmaz vəziyyətdən çıxış yolu axtarsalar da, Ukraynanı NATO-ya dəvət etməkdən imtina ediblər. ABŞ, Belçika, İspaniya və Almaniya da daxil olmaqla yeddi ölkə qəti şəkildə buna qarşı çıxıb.
Bəhanə olaraq, Alyansın baş katibi Mark Rutte Ukraynada müharibənin təhlükəli həddə çatmasından, Rusiya, Çin, Şimali Koreya və İranın yaxınlaşması üçün "təhdidlərin qlobal xarakterindən" bəhs edib. Buna rəğmən Rutte Qərbi Rusiya ilə danışıqları təxirə salmağa və Zelenskinin "güc mövqeyi" əldə edəcəyi dövrə qədər Kiyev rejimini silahlandırmağa çağırıb,
NATO ölkələrinin əksəriyyətinin arsenalları boşalıb, Qərb hərbi-sənaye kompleksinin gücü Ukrayna ordusunun ehtiyaclarını ödəyə bilmir. Rusiyanın müdafiə istehsalı isə ABŞ və Alyansa üzv olan bütün ölkələrin istehsalını üstələyir. Qərb və USQ üçün yaranmış bu faciəvi şəraitdə ABŞ-ın baş diplomatı (gedən administrasiyada) Entoni Blinken dekabrın 4-də Kiyevi "çətin qərarlara" çağırıb. O cəbhə xəttində döyüşmək üçün18-25 yaşlı ukraynalıların "cəlb olunmasının" zəruriliyini bildirib. Sanki gənclərin ümumi səfərbərliyi zəmanətli "ət dəyirmanı" və Ukraynada demoqrafik fəlakətin inkişafına yox, cəbhədə müvəffəqiyyətin əldə olunmasına gətirəcək.
Kiyevin oyuncaq rəhbərliyi Rusiya ilə danışıqlara hazır olduqlarını açıq şəkildə bildirib. Bu haqda qərar qərb mətbuatında dekabrın 4-də ABŞ-ın yeni administrasiyasının sülhün əldə olunmasına dair təklif etdiyi üç planının dərc edilməsindən və onların heç birinin Moskvanı qane etməyəcəyini başa düşdükdən sonra qəbul olunub. Onlar həm də dördüncü planın həyata keçirilməsinin qaçılmazlığını anlayıblar. Bu plan Zelenskinin "güc mövqeyi" əldə edəcəyinə qədər (USQ və bəlkə də elə ABŞ-ın da tamamilə məhv edilməsinə qədər) USQ-ni Amerika silahları ilə təmin edilməsini nəzərdə tutur. Belə təsəvvür yaranır ki, guya Ukrayna yeni ABŞ prezidentinin sülhməramlı təşəbbüslərinə qarşı çıxmır. Amma bununla yanaşı, Kiyev "güc vasitəsi ilə sülhün əldə olunmasına" çağırır. Yəni, Ukrayna "transatlantik təhlükəsizlik" və Trampın "amerika hər şeydən üstündür"strategiyasının tərkib hissəsi olmağa çalışır.
Gələcək müharibə və sülh danışıqları kontekstindən kənar olaraq NATO-nun Avropa ölkələri Kiyev rejiminə silah tədarükünün mütləq prioritet olmasını dəstəkləyirlər. Elə bil ki, Ukrayna cəbhəsindəki Qərb silahları sülhü bərqərar edə bilər. NATO-nun "Putini təhrik etmədən Ukraynanı qoruyacaq təhlükəsizlik zəmanətləri" ideyası açıq-aşkar cəfəngiyat kimi görünür. Axı məhz bu "qayğının" (Pentaqonun bioloji laboratoriyalarının salınması) nəticəsi olaraq Rusiya Xüsusi əməliyyat keçirmək məcburiyyətində qaldı. O ki qaldı Ukraynada "Avropa qoşunları"nın yerləşdiriləcəyi "silahsızlaşdırılmış zona"nın yaradılması layihəsinə, və ya Almaniyanın təklif etdiyi "Ukrayna üçün xüsusi mini-alyans"ın yaradılmasına, bunlar da əslində elə NATO-nun genişləndirilməsini nəzərdə tutan planlardır ki, Moskva bunlarla heç vaxt barışmayacaq.
Görünür, ABŞ və NATO çoxqütblü dünyanın aşkar mürəkkəbliyini görmür. Bunun nəticəsidir ki, onlar reallığı "Rusiyanı 24 saat ərzində əzərik" (özü də termonüvə arsenalı ilə birlikdə) kimi ibtidai şüar səviyyəsinə qədər "sadələşdirir". Bundan dərhal sonra - Çin üzərində eyni dərəcədə sürətli və təsirli bir qələbə nəzərdə tutulur. Bu cür "gücənmə və təngənəfəslik" gülünc görünsə də, 2024-cü il Nobel mükafatı laureatlarına məxsusdur və 3 milyondan çox tirajla nəşr olunan Newsweek jurnalında dərc olunub. Güman edirəm ki, yaxın perspektivdə Rusiyanın xüsusi əməliyyatının davam etməsi, eskalasiyanın daha da artması qaçılmazdır. Münaqişə coğrafiyasının genişlənməsi də istisna deyil.
Amerika prezidentləri dəyişsə də, kollektiv Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaqla bağlı qlobal məqsədləri dəyişməz olaraq qalır. Bu plan Rusiyanın kiçik kvazi-dövlətlərə bölünməsini və məhv edilməsini nəzərdə tutur. İddialı anti-Rusiya layihəsi xüsusi ilə də ABŞ və NATO-nun Koreya, Vyetnam, İraq, Əfqanıstandakı biabırçı hərbi məğlubiyyətlərindən sonra heç inandırıcı görünmür. Bu siyahı qaçılmaz olaraq mazepa və bandera Ukraynası ilə davam edəcək. Rusiya nüvə silahından istifadə etmədən belə.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.