https://sputnik.az/20241205/merkezi-nebatat-bagi-vetendaslarin-istifadesine-verildi-469198736.html
Mərkəzi Nəbatat Bağı vətəndaşların istifadəsinə verildi
Mərkəzi Nəbatat Bağı vətəndaşların istifadəsinə verildi
Sputnik Azərbaycan
Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib. 05.12.2024, Sputnik Azərbaycan
2024-12-05T15:31+0400
2024-12-05T15:31+0400
2024-12-05T15:40+0400
nəbatat bağı
paytaxt xəbərləri
birinci xanım mehriban əliyeva
mehriban əliyeva
heydər əliyev fondu
heydər əliyev fondu
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/05/469198096_0:120:1280:840_1920x0_80_0_0_ee48ce128f5666ea73e19508a4dcab24.jpg
BAKI, 5 dekabr — Sputnik. Mərkəzi Nəbatat Bağı bu gündən əhali üçün açılır. Bu barədə bu gün Mərkəzi Nəbatat Bağı ilə tanışlıqla bağlı press-tur zamanı məlumat verilib. İdarə Heyəti sədrinin müavini İlkin Qəhrəmanlı bildirib ki, giriş qiymətləri hələ ki, 2 manatdır: "Bu, 2013-cü ildə qəbul edilən qərara əsasəndir". Mərkəzi Nəbatat bağında iki fontan tikilib. Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri Asif Mehralıyev bildirib ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi olaraq fəaliyyət göstərib. Onun sözlərinə görə, təmir zamanı ərazidə yerləşən 30-dan çox avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, bunun nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb: "Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib. Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib". Laboratoriya müdirinin sözlərinə görə, bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. "Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib", - Asif Mehralıyev açıqlayıb.. Onun fikrincə, bu gün həyata keçirilən bu kimi layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır: "Aparılan yaşıllaşdırma işlərinə və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük dəstək verir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/05/469198096_0:0:1280:960_1920x0_80_0_0_c3f9e577f64842892dc829b5a23475e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nəbatat bağı, birinci xanım mehriban əliyeva, mehriban əliyeva, heydər əliyev fondu, heydər əliyev fondu
nəbatat bağı, birinci xanım mehriban əliyeva, mehriban əliyeva, heydər əliyev fondu, heydər əliyev fondu
Mərkəzi Nəbatat Bağı vətəndaşların istifadəsinə verildi
15:31 05.12.2024 (Yenilənib: 15:40 05.12.2024) Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.
BAKI, 5 dekabr — Sputnik. Mərkəzi Nəbatat Bağı bu gündən əhali üçün açılır.
Bu barədə bu gün Mərkəzi Nəbatat Bağı ilə tanışlıqla bağlı press-tur zamanı məlumat verilib.
İdarə Heyəti sədrinin müavini İlkin Qəhrəmanlı bildirib ki, giriş qiymətləri hələ ki, 2 manatdır: "Bu, 2013-cü ildə qəbul edilən qərara əsasəndir".
Mərkəzi Nəbatat bağında iki fontan tikilib.
Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri Asif Mehralıyev bildirib ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi olaraq fəaliyyət göstərib.
Onun sözlərinə görə, təmir zamanı ərazidə yerləşən 30-dan çox avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, bunun nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb:
"Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib. Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib".
Laboratoriya müdirinin sözlərinə görə, bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb.
"Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib", - Asif Mehralıyev açıqlayıb..
Onun fikrincə, bu gün həyata keçirilən bu kimi layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır: "Aparılan yaşıllaşdırma işlərinə və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük dəstək verir".