Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynanın NATO-ya üzv olması Rusiya üçün qəbuledilməzdir - Peskov

© Sputnik / Александр Казаков / Mediabanka keçidDmitri Peskov
Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 03.12.2024
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, baş verənlər təhlükəsizliyin bölünməz olması, bir ölkənin təhlükəsizliyinin digər ölkənin təhlükəsizliyi hesabına təmin edilə bilməyəcəyi tezisinə tamamilə ziddir.
BAKI, 3 dekabr — Sputnik. Ukraynanın NATO-ya tam üzv olması Rusiya üçün qəbuledilməzdir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl "Yevropeyskaya Pravda" nəşri əlində olan sənədə istinadla xəbər vermişdi ki, Ukrayna Xarici İşlər Nazirliyi NATO nazirlərinin iclasının başlandığı gün mümkün təhlükəsizlik təminatları ilə bağlı rəsmi mövqe elan edib. Bildirilib ki, Ukrayna üçün yalnız real təhlükəsizlik zəmanəti NATO-ya tamhüquqlu üzvlükdür.

"Baş verənlər təhlükəsizliyin bölünməz olması, bir ölkənin təhlükəsizliyinin digər ölkənin təhlükəsizliyi hesabına təmin edilə bilməyəcəyi tezisinə tamamilə ziddir. Bu, bizi istiqamətləndirən beynəlxalq münasibətlərin dəyişməz qaydasıdır. Ona görə də potensial olaraq belə bir qərar bizim üçün sadəcə olaraq qəbuledilməzdir, çünki bu, bizim üçün təhdidedici hadisədir. Bu, indi baş verənlərin və xüsusi hərbi əməliyyata başlamağımızın əsas səbəblərini aradan qaldırmır", - Peskov bildirib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur.
Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0