RF-in Cənubi Koreyadakı səfirliyi rusiyalıları tədbirlərdə iştirakdan çəkinməyə çağırır
19:24 03.12.2024 (Yenilənib: 21:16 03.12.2024)
© Getty Images / Chung Sung-JunCənubi Koreyada vəziyyət
© Getty Images / Chung Sung-Jun
Abunə olmaq
Cənubi Koreyada hərbi vəziyyət tətbiq edilib, yerli qanunvericilik orqanlarının, habelə siyasi partiyaların fəaliyyəti, siyasi toplantılar, mitinqlər, nümayişlər və digər siyasi fəaliyyətlər tamamilə qadağandır.
BAKI, 3 dekabr - Sputnik. Rusiyanın Cənubi Koreyadakı səfirliyi orada hərbi vəziyyətin elan edilməsi fonunda respublikada vəziyyətin inkişafını izləyir və həmvətənlərini kütləvi tədbirlərdə iştirakdan çəkinməyə çağırıb. Bu barədə RİA Novosti xəbər yayıb.
“Koreya Respublikasının Prezidenti Yoon Seok-yeol tərəfindən hərbi vəziyyət elan edilməsi ilə əlaqədar biz Koreya Respublikasında olan Rusiya vətəndaşlarını sakit olmağa, hakimiyyətin tövsiyələrinə əməl etməyə və ictimai tədbirlərdə, xüsusilə siyasi xarakterli aksiyalarda iştirakdan çəkinməyə çağırırıq”, - səfirliyin müraciətində deyilir.
Bundan əvvəl Yonhap agentliyi Cənubi Koreya prezidenti Yoon Seok-Yolun gecə saatlarında fövqəladə iclas keçirdiyini və bundan sonra o, “Şimali Koreya tərəfdarı olan qüvvələri təmizləmək və liberal konstitusiya quruluşunu qorumaq üçün” hərbi vəziyyətin tətbiqini elan etdiyini bildirmişdi.
Onun sözlərinə görə, ona qarşı impiçment prosedurunu həyata keçirmək cəhdləri hakimiyyəti iflic etmək təhlükəsi yaradır.
Yonhap xəbər agentliyinin verdiyi məlumata görə, Cənubi Koreyada hərbi vəziyyət komandanlığı ilk fərmanında parlamentin və siyasi partiyaların fəaliyyətini dayandırdığını elan edib.
“Milli Şuranın və yerli qanunvericilik orqanlarının, habelə siyasi partiyaların fəaliyyəti, siyasi toplantılar, mitinqlər, nümayişlər və digər siyasi fəaliyyətlər tamamilə qadağandır”, - Koreya Respublikası ordusunun generalı Park An-sunun imzaladığı Hərbi Vəziyyət Komandanlığının 1 saylı fərmanında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.