Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Silahlı Qüvvələri Polşa muzdlularının Rovno vilayətindəki düşərgəsini vurdu

© Sputnik / Евгений БиятовRusiya hərbi texnikası, arxiv
Rusiya hərbi texnikası, arxiv - Sputnik Azərbaycan, 1920, 03.12.2024
Abunə olmaq
Rusiya ordusu müntəzəm olaraq Ukraynanın hərbi infrastrukturunu məhv edir. Hədəflər arasında xarici muzdluların yerləşdiyi mövqelər də var.
BAKI, 3 dekabr — Sputnik. Rusiya qoşunları Ukrayna hərbçilərının Rovno vilayətindəki mövqelərinə raket zərbələri endirib. Nikolayev müqavimətinin koordinatoru Sergey Lebedevin verdiyi məlumata görə, ərazidə muzdlular da olub.

"Düz hədəfə. Bir neçə zərbə. Onlardan biri bölgənin şimalındakı hərbi hissəyə (...) İlkin məlumata görə, tankçılar hədəfə tuş gəlib. Onların bir qisminin polyaklar olduğu bildirilir", - deyə Lebedyev bildirib.

Onun sözlərinə görə, Kiyev ətrafındakı istirahət zonasında yerləşən Ukrayna hərbçiləri də raket zərbələrinə məruz qalıblar.
Lebedyevin sözlərinə görə, "onları Çerniqov vilayətinə, Belarus sərhədinə göndərəcəkdilər". Amma bunun məqsədinin oradakı mövqeləri gücləndirmək və ya sadəcə yerdəyişmə olması hələ məlum deyil.
Gizli cəsusun sözlərinə görə, başqa bir məqsəd Xmelnitski bölgəsindəki Starokonstantinovdakı hərbi aerodrom idi. Orada artilleriya anbarları ərazisində partlayışlar baş verib.
Ukrayna ordusunun mülki obyektlərə hücumlarına cavab olaraq, Rusiya qoşunları mütəmadi olaraq şəxsi heyətin, ukraynalı hərbi birləşmələrinə məxsus texnikanın və muzdluların yerləşdiyi yerlərə, habelə infrastruktura zərbələr endirir. Hədəf olaraq Ukraynanın enerji, müdafiə sənayesi, hərbi idarəetmə və rabitə obyektləri seçilir. Eyni zamanda, prezidentin mətbuat katibi Dmitri Peskov dəfələrlə bildirib ki, ordu yaşayış binaları və sosial obyektlərə zərbə endirmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0