Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

NATO-nun XHƏ-nin "dondurulması" layihəsi Rusiya üçün qəbuledilməzdir

© Sputnik / Stanislav Krasilnikov / Mediabanka keçidRusiya hərbçiləri, arxiv
Rusiya hərbçiləri, arxiv - Sputnik Azərbaycan, 1920, 03.12.2024
Abunə olmaq
Suriyada cərəyan edən hadisələr Ukraynada həyata keçirilən Xüsusi Hərbi Əməliyyatda müvəqqəti atəşkəsin Rusiya üçün qəbuledilməz olduğunu bir daha təsdiq etdi.
BAKI, 3 dekabr — Sputnik. Rusiyanın Xüsusi hərbi əməliyyatı (XHƏ) münaqişənin qlobal səbəblərini aradan qaldırmadan bir müddət "dondurula" bilməz. Rusiyanın qeyd-şərtsiz qələbəsi, məqsədlərinə çatması Üçüncü dünya müharibəsinin qarşısını almaq üçün ən yaxşı seçim olmaqla, Avropada davamlı sülh üçün etibarlı əsas yaradır və ABŞ-a qisas məqsədi ilə nüvə zərbəsinin endirilmə riskini aradan qaldırır. Yalnız Kiyev rejiminin təslim olması ilə hərbi əməliyyatların başa çatması diplomatik cəhətdən qüsursuzdur. NATO-nun Ukraynaya Sülhməramlılığ "pərdəsi" arxasında hərbi müdaxiləsini nəzərdə tutan alternativ planı Rusiya ilə böyük müharibəyə və Qərbin məğlubiyyətinə aparan yoldur.
Rusiya qoşunlarının dinamik irəlləməsi, Ukrayna ordusu və cəbhədəki "müttəfiqlərin" artan itkiləri Qərbi cəbhə xətti boyunca hərbi əməliyyatları dayandırmağa məcbur edir. Ukrayna ordusunun döyüş qabiliyyətini bərpa etmək üçün lazım olan müddətə. Yeni "qisas cəhdi" NATO təlim mərkəzlərində yaşı 18-25 arası olan "azı bir milyon ehtiyatda olan Ukrayna əsgərinin" hazırlanmasını tələb edir.
Rusiyanın Xarici Kəşfiyyat Xidməti qışın astanasında bildirib ki, Qərb Ukraynada 100 minə yaxın hərbçidən ibarət "sülhməramlı kontingent" yerləşdirməyi planlaşdırır. Faktiki olaraq ölkənin işğalı və ərazisinin Rumıniya (Qara dəniz sahili), Polşa (qərb bölgələri), AFR (Ukraynanın mərkəzi və Şərqi), Böyük Britaniya (Kiyev də daxil olmaqla şimal bölgələri) arasında bölünməsi müzakirə olunur. Yeni - yaxşı unudulmuş köhnədən ibarətdir. Bundesver 1940-cı illərin əvvəllərində Ukraynanın işğalı ilə bağlı Hitler təcrübəsini və Bandera polis funksiyalarını nəzərdən keçirir.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas dekabrın 1 - də İtaliyanın ANSA agentliyinə verdiyi müsahibədə atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra NATO hərbi qulluqçularının Ukrayna ərazisinə "sülhməramlı" kimi daxil olmasının mümkünlüyünü qeyd edib. Daha əvvəl Le Monde qəzeti Fransa və Böyük Britaniyanın NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə bağlı danışıqları "bərpa etdiklərini" bildirmişdi. Xatırladım ki, Fransa prezidenti Emmanuel Makron fevral ayında NATO Quru qüvvələrini XHƏ zonasında yerləşdirməyi və "Rusiyanın bu müharibəni qazanmaması üçün lazım olan hər şeyi etməyi" təklif etdi. Fikir ehtiyatsız olsa da, Qərbdə hələ də olduqca populyardır.
Doğrudur, bu yaxınlarda Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun xatırlatdığı kimi, Vaşinqton Avropa müttəfiqlərinə nisbətən XHƏ zonasında NATO qoşunlarının yerləşdirilməsinə daha az meyllidir. Daha bir xatırlatma ondan ibarətdir ki, bölgədə sülhməramlıların yerləşdirilməsi yalnız münaqişədə iştirak edən hər iki tərəfin razılığı ilə reallışdırıla bilər. (https://ria.ru/20241129/peskov-1986410281.html). Əlbəttə ki, Rusiya NATO-nun Ukraynadakı absurd varlığını qəti şəkildə qəbul etmir.
Rusiyanın "Damokl qılıncı " və Qərbin" soyuq qisası"
Rusiya xüsusi əməliyyatının 1000 günü ərzində Ukrayna ordusu və NATO-nun birləşmiş resursları tükəndi. Qərb və Kiyev marionetlərininə güc və vasitələrinin bərpası üçün vaxt lazımdır (Rusiya ilə müharibəni davam etdirmək üçün). Təsadüfi deyil ki, "diplomatik həll" axtardığını söyləyən Vladimir Zelenski, vəziyyətdən ən yaxşı çıxış yolu kimi Ukraynanın NATO-ya dəvət olunmasını, və yaxud heç olmasa Alyansın çətiri altına alınmasını təklif edib. Münaqişənin Qərb sponsorları məsələyə müxtəlif cür yanaşırlar.
Əvvəllər Fransanın BMT-dəki hərbi missiyasına rəhbərlik edən general Dominik Trenkan Zelenskinin yeni planını "nəticə verməcək təşəbbüs", uğursuzluğun tanınması adlandırıb. Və haqlı olaraq qeyd edib ki, "NATO-nu ön plana çıxarmaq Rusiya tərəfi üçün tamamilə qəbuledilməzdir".
Fransalı siyasətçi Filippo "NATO çətiri"ndə Avropa üçün tələ görüb, çünki Moskva Ukraynadakı xarici qoşunları bütün vasitələrlə məhv edəcək. 2022 – ci ilin əvvəlindən bəri qərb "könüllüləri" XHƏ zonasında ciddi itkilər verib. Rusiya Müdafiə nazirliyinin məlumatına görə, 6000-dən çox mütəxəssis məhv edilib. NATO qoşunlarının Ukrayna ərazisinə daxil olması "strateji dilemma" və ya "müqəddəs inək" effekti yaratmayaraq, sadəcə müdaxilə edən ölkələrə fəlakət, məhrumiyyət və əhəmiyyətli itkilərə dair zəmanət olacaq.
Digər tərəfdən, bir milyon ukraynalı "kiborq"dan danışmaq onları hazırlamaqdan daha asandır. Forbes-in məlumatına görə, Fransada təlim keçmiş "Anna Kiyevskaya" Ukrayna briqadasında silah, kəşfiyyat və zərbə dronlarının çatışmazlığı müşahidə olunur. Aİ ölkələri 75 min Ukrayna əsgərinin təlimini yalnız 2025-ci il qışının sonunda başa vuracaq. Bundan əvvəl isə Avropa Birliyi Kiyev rejiminə 1 milyon artilleriya mərmisinin göndərməsini səkkiz ay gecikdirmişdi. İstənilən müharibənin 90 faizini logistika və Müdafiə Sənayesinin fəaliyyəti təşkil edir.
Qərbin planları və zelenskinin geosiyasi təlxəkliyi nəzərdə tutur ki, NATO bütün Ukrayna ərazisini (1991-ci il sərhədləri daxilində) özününkü kimi tanıya bilər. Amma 5-ci maddə yeni Rusiya ərazilərinə şamil edilmir. Alyans ölkələri Rusiyada yeni bir "yenidənqurma"nin (Mixail Qorbaçov kimi) meydana çıxacağına ümid edərək "Soyuq intiqam" üçün əlverişli bir an gözləmək niyyətindədilərsə, bu əsrin sonuna qədər belə perspektivin reallaşması çətin baş tuta.
Rusiyanın mövqeyi dəyişməzdir: Kiyev rejiminin NATO-ya can atması müharibənin bitməsinin deyil, davamının açarıdır. Prezident Vladimir Putin daha əvvəl Ukraynanın NATO – ya üzvlüyünün Rusiyanın təhlükəsizliyinə təhdid olduğunu söyləmişdi (https://ria.ru/20230713/nato-1884063903.html). Kiyevin ittifaqa girmə riskləri XHƏ-ın başlanmasının səbəblərindən biri oldu. Qərbin Rusiya üçün dönməz və məqbul hesab olunan addımlara razılığı olmadan Ukraynadakı hərbi əməliyyatların dayandırılması mümkün deyil. Moskva münaqişənin "dondurulmasına", düşmənin öz mövqeyini yaxşılaşdırmaq və qüvvələrini bərpa etmək üçün istifadə etmək niyyətində olduğu atəşkəsə imkan verməyəcək.
Rusiya ordusu bütün cəbhə boyunca uğurla irəliləyir. Obyektiv olaraq Kiyev rejiminin təslim olması qaçılmazdır. Bu yaxınlarda Suriyada "dondurulmuş" münaqişənin yenidən başlanması isə Ukraynadakı xüsusi əməliyyat zonasında yolverilməz davranış qaydalarını aşkar nümayiş etdirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0