Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğanla Əsəd arasında danışıqlar hələ planlaşdırılmayıb - mənbə

© AP Photo / Osman OrsalBəşər Əsəd cə Rəcəb Tayyib Ərdoğan, arxiv
Bəşər Əsəd cə Rəcəb Tayyib Ərdoğan, arxiv - Sputnik Azərbaycan, 1920, 03.12.2024
Abunə olmaq
Gələcəkdə belə təmasların olma ehtimalı barədə suala cavab verən mənbə qeyd edib ki, indi hər hansı proqnoz vermək tezdir.
BAKI, 3 dekabr — Sputnik. Suriyadakı vəziyyət fonunda Türkiyə və Suriya liderləri Rəcəb Tayyib Ərdoğan Bəşər Əsəd arasında telefon və üzbəüz danışıqların keçirilməsi hazırda planlaşdırılmır, belə bir ehtimaldan danışmaq hələ tezdir. Bu barədə RİA Novosti-yə Ankaradakı türkiyəli diplomatik mənbə bildirib.
Türkiyə qəzeti mənbələrə istinadən xəbər verir ki, Ankara Suriyadakı hadisələr fonunda Dəməşqin siyasi təmaslara başlamağa hazır olduğuna dair vasitəçilər vasitəsilə siqnallar alır. Eyni zamanda Türkiyənin "Hürriyyət" qəzetiİranın xarici işlər naziri Abbas Əraqçinin Ankaraya səfəri zamanı Türkiyəyə Suriya prezidenti Bəşər Əsəddən heç bir mesaj gətirmədiyini bildirib.
Gələcəkdə belə təmasların olma ehtimalı barədə suala cavab verən mənbə qeyd edib ki, indi hər hansı proqnoz vermək tezdir.

"Bildiyiniz kimi, cənab prezident iki ölkə arasında münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib", - mənbə əlavə edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirib ki, o, hələ də Suriya lideri Bəşər Əsədlə görüşməyə və onunla iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə etməyə ümid edir. Türkiyə XİN-dən RİA Novosti-yə verilən məlumata görə, Ankara Suriyada sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir və Dəməşqin mövqelərinə yenidən baxacağına və taleyüklü addımlar atacağına ümid edir.
"Həyat Təhrir əş-Şam" terror qruplaşması (*əvvəllər Rusiya Federasiyasında qadağan edilmiş "Cəbhət ən-Nusra" terror təşkilatı kimi tanınır) Suriyanın qondarma silahlı müxalifətinə daxil olan bir sıra silahlı birləşmələrlə birlikdə irimiqyaslı əməliyyat keçirib. Noyabrın 30-da Suriyanın ikinci böyük şəhəri və onun ətrafı, o cümlədən beynəlxalq hava limanı və Kuveyris hərbi aerodromu terrorçuların nəzarətinə keçib.
Hələbin silahlılar tərəfindən tam ələ keçirilməsi 2011-ci ildə Suriyada böhran başlayandan bəri ilk dəfə baş verib. 2016-cı ilin sonuna qədər silahlı müxalifət şəhərin yalnız şərq hissəsini nəzarətdə saxlayıb və Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Suriya ordusu tərəfindən oradan çıxarılıb.
Hələbin alınmasından sonra terrorçu qruplaşmalar Maaret Nuuman kəndini ələ keçirərək Həma şəhərinə doğru irəliləməyə cəhd ediblər. Hələb əyalətinin şimalında Tel Rifaat qəsəbəsi ərazisində kürd qüvvələrinin nəzarətində olan ərazilərə daha dərindən irəliləməyə cəhdlər edilir. Suriya ordusunun komandanlığı da öz növbəsində dekabrın 1-də terrorçuların Həmada irəliləyişinin dayandırıldığını və hökumət qoşunlarının əks-hücuma keçdiyini, daha əvvəl terrorçuların ələ keçirdikləri bir sıra yaşayış məntəqələrini azad etdiyini açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0