https://sputnik.az/20241203/dinc-ehaliye-qarsi-cinayetlere-terror-hucumlarina-haqq-qazandirmaq-olmaz---putin-469162739.html
Dinc əhaliyə qarşı cinayətlərə, terror hücumlarına haqq qazandırmaq olmaz - Putin
Dinc əhaliyə qarşı cinayətlərə, terror hücumlarına haqq qazandırmaq olmaz - Putin
Sputnik Azərbaycan
Rusiya prezidenti Vladimir Putin Ukraynada milyonlarla insanın hüquq və dini azadlıqlarının kütləvi şəkildə pozulmasını faciəvi hadisələr adlandırıb. 03.12.2024, Sputnik Azərbaycan
2024-12-03T16:12+0400
2024-12-03T16:12+0400
2024-12-03T16:12+0400
rusiya
isa məsih
patriarx kirill
rusiya prezidenti vladimir putin
terror
cinayət
mülki əhali
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0c/467334667_0:0:3072:1728_1920x0_80_0_0_308860bf23baed0ee6ad8da8216b8612.jpg
BAKI, 3 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin dünyada getdikcə daha çox insanın Ukraynada Qərb elitaları tərəfindən yaradılan münaqişənin əsl səbəbini anlamasının vacibliyini qeyd edib. Kremlin saytında "Məsihin xalqı" filminin yaradıcıları və filmin Rusiya premyerasının qonaqları olan Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə təbrik mətni dərc olunub. Rusiya prezidenti Vladimir Putin Ukraynada milyonlarla insanın hüquq və dini azadlıqlarının kütləvi şəkildə pozulmasını faciəvi hadisələr adlandırıb. "Sizi "Məsihin xalqı" filminin Rusiya premyerası münasibətilə salamlayıram. Serb dostlarımız tərəfindən yaradılmış bu film milyonlarla insanın hüquq və dini azadlıqlarının kütləvi şəkildə pozulması, tarixi yaddaşa qarşı əsl qəzəb, pravoslavların təqibləri ilə bağlı Ukraynada baş verən faciəli hadisələrin sənədli sübutudur", - Putinin müraciətində deyilir. Rusiya lideri premyera iştirakçılarına ən xoş arzularını çatdırıb. Rusiya prezidenti vurğulayıb ki, dinc əhaliyə qarşı cinayətlərə, terror hücumlarına və neonasistlərin təşkil etdiyi cəza aksiyalarına haqq qazandırmaq olmaz və heç vaxt olmayacaq. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0c/467334667_13:0:2744:2048_1920x0_80_0_0_bccf21232d53d88c6f314e04df4d1671.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
isa məsih, patriarx kirill, rusiya prezidenti vladimir putin, terror, cinayət, mülki əhali, ukrayna
isa məsih, patriarx kirill, rusiya prezidenti vladimir putin, terror, cinayət, mülki əhali, ukrayna
Dinc əhaliyə qarşı cinayətlərə, terror hücumlarına haqq qazandırmaq olmaz - Putin
Rusiya prezidenti Vladimir Putin Ukraynada milyonlarla insanın hüquq və dini azadlıqlarının kütləvi şəkildə pozulmasını faciəvi hadisələr adlandırıb.
BAKI, 3 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin dünyada getdikcə daha çox insanın Ukraynada Qərb elitaları tərəfindən yaradılan münaqişənin əsl səbəbini anlamasının vacibliyini qeyd edib.
Kremlin saytında "Məsihin xalqı" filminin yaradıcıları və filmin Rusiya premyerasının qonaqları olan Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə təbrik mətni dərc olunub.
"Bilirəm ki, bu ilin sentyabrında Belqradda premyerası baş tutan film dünya ictimaiyyətində geniş əks-səda doğurub. Axı, heç kim baş verənlər haqqında düşüncələrə biganə qala bilməz. Dünyada getdikcə daha çox insanın Ukraynada Qərb elitaları tərəfindən açılan münaqişənin əsl mənşəyini anlaması vacibdir", - Putin bildirib.
Rusiya prezidenti Vladimir Putin Ukraynada milyonlarla insanın hüquq və dini azadlıqlarının kütləvi şəkildə pozulmasını faciəvi hadisələr adlandırıb.
"Sizi "Məsihin xalqı" filminin Rusiya premyerası münasibətilə salamlayıram. Serb dostlarımız tərəfindən yaradılmış bu film milyonlarla insanın hüquq və dini azadlıqlarının kütləvi şəkildə pozulması, tarixi yaddaşa qarşı əsl qəzəb, pravoslavların təqibləri ilə bağlı Ukraynada baş verən faciəli hadisələrin sənədli sübutudur", - Putinin müraciətində deyilir.
Rusiya lideri premyera iştirakçılarına ən xoş arzularını çatdırıb.
Rusiya prezidenti vurğulayıb ki, dinc əhaliyə qarşı cinayətlərə, terror hücumlarına və neonasistlərin təşkil etdiyi cəza aksiyalarına haqq qazandırmaq olmaz və heç vaxt olmayacaq.
"Mülki əhaliyə qarşı törədilən cinayətlərə, etnik, dini təmizləmələrə, terror hücumlarına və neonasistlər tərəfindən təşkil edilən cəza aksiyalarına haqq qazandırmaq üçün heç vaxt bəraət yoxdur və olmayacaqdır. Filmin görüntüləri bizə ümid verir, həmrəyliyi qoruyub saxlamaqla bərabər, biz əcdadlarımızın bizə miras qoyduğu ənənəvi mənəvi-əxlaqi dəyərlərə uyğun olaraq istənilən çağırışa layiqincə cavab verə biləcəyik", - Putin qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.