Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukraynada davamlı müharibə istəməyən insanların sayı artır - Kremlin sözçüsü

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidKremlin sözçüsü Dmitri Peskov, arxiv şəkli
Kremlin sözçüsü Dmitri Peskov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.12.2024
Abunə olmaq
Peskovun fikrincə, hazırda Avropa ölkələrində də dinamika və əhval-ruhiyyə dəyişir.
BAKI, 2 dekabr — Sputnik. Ukraynada davamlı müharibə ideyasını qəbul etməyən insanlar getdikcə daha da çoxalır.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov statistik məlumatlara istinadən qeyd edib.
Rusiya Federasiya Şurasının sədri Valentina Matvyienko "Arqumentı i faktı" saytına müsahibəsində bildirib ki, o, 2025-ci ildə Ukraynada münaqişənin başa çatması ilə bağlı danışıqların aparılması şansını bu cür cəhdlərdən imtina etməkdən daha yüksək qiymətləndirir.
Peskovun sözlərinə görə, hazırda Avropa ölkələrində də dinamika və əhval-ruhiyyə dəyişir.
Kremlin sözçüsü əlavə edib ki, Ukraynanın gələcəyi hadisələrin gələcək inkişafından asılı olacaq. Eyni zamanda diplomat vurğulayıb ki, Rusiya üçün əsas olan xüsusi hərbi əməliyyatın (XHƏ) bu məqsədlərinə nail olmaqdır.
İyunun 14-də Rusiya Prezidenti Vladimir Putin xarici işlər zaziri ilə görüşündə bildirib ki, Rusiya-Ukrayna sülh danışıqlarına başlamaq üçün Kiyev öz qoşunlarını Donetsk, Luqansk, həmçinin Xerson və Zaporojye vilayətlərinin ərazilərindən çıxarmalıdır. Rusiya lideri Ukrayna tərəfinin bu şərtlə razılaşmasından dərhal sonra hərbi əməliyyatların dayandırılacağını vurğulayıb. Bundan əlavə, Kiyev Şimali Atlantika Alyansına daxil olmaq planlarından imtina etdiyini rəsmən elan etməlidir.
Xəbər lenti
0