https://sputnik.az/20241202/rusiya-yaponiyadan-sulh-muqavilesi-uzre-teklifler-almayib---rudenko-469134553.html
Rusiya Yaponiyadan sülh müqaviləsi üzrə təkliflər almayıb - Rudenko
Rusiya Yaponiyadan sülh müqaviləsi üzrə təkliflər almayıb - Rudenko
Sputnik Azərbaycan
Yaponiyanın baş naziri Siqeru İsiba bildirmişdi ki, Rusiya ilə çətin münasibətlərə baxmayaraq, Yaponiya ərazi probleminin həllinə və sülh müqaviləsinin... 02.12.2024, Sputnik Azərbaycan
2024-12-02T20:15+0400
2024-12-02T20:15+0400
2024-12-02T20:15+0400
rusiya
yaponiya
ikinci dünya müharibəsi
andrey rudenko
ukrayna
tokio
https://cdnn1.img.sputnik.az/img/42060/76/420607661_0:160:3072:1888_1920x0_80_0_0_a773dc6094771114c7c0b88a2b6a8fa4.jpg
BAKI, 2 dekabr — Sputnik. Rusiya Yaponiyadan sülh müqaviləsi üzrə danışıqları bərpa etmək üçün rəsmi təkliflər almayıb. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlayıb. "Baş nazirin verdiyi bəyanatlardan başqa biz sülh müqaviləsi üzrə danışıqların bərpası ilə bağlı hər hansı rəsmi və ya yazılı rəsmi təklif eşitməmişik", Rudenko deyib. Diplomatın sözlərinə görə, Moskva hazırda Tokionun Rusiyaya qarşı mövqeyini dəyişməyəcəyi halda danışıqların bərpası imkanını görmür. Bundan əvvəl Yaponiyanın baş naziri Siqeru İsiba bildirmişdi ki, Rusiya ilə çətin münasibətlərə baxmayaraq, Yaponiya ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına sadiqdir. Rusiya ilə Yaponiya arasındakı münasibətlər uzun illərdir ki, sülh müqaviləsinin olmaması səbəbindən qaneedici deyil. 1956-cı ildə SSRİ və Yaponiya Birgə Bəyannamə imzalayıblar. SSRİ ümid edirdi ki, Birgə Bəyannamə mübahisəyə son qoyacaq, Yaponiya isə bütün adalara olan iddialarından əl çəkmədən sənədi problemin həllinin yalnız bir hissəsi hesab edirdi. Sonrakı danışıqlar nəticəsiz qaldı və İkinci Dünya Müharibəsinin sonunda sülh müqaviləsi heç vaxt imzalanmadı. Yaponiya Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə sanksiya paketi qəbul etdikdən sonra Rusiya Xarici İşlər Nazirliyi 2022-ci il martın 21-də Moskvanın Tokionun qeyri-dost addımlarına cavab olaraq Yaponiya ilə sülh müqaviləsi bağlamaqdan imtina etdiyini və viza rejimini dayandırıb. Yaponiya vətəndaşlarının cənub Kuril adalarına sərbəst gediş-gəlişi, o cümlədən adalarda birgə iqtisadi fəaliyyətlərin qurulması ilə bağlı Yaponiya ilə dialoqdan geri çəkilmə elan edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42060/76/420607661_171:0:2902:2048_1920x0_80_0_0_e7fd9116c341cd6454f3b464923a897d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yaponiya, ikinci dünya müharibəsi, andrey rudenko , ukrayna, tokio
yaponiya, ikinci dünya müharibəsi, andrey rudenko , ukrayna, tokio
Rusiya Yaponiyadan sülh müqaviləsi üzrə təkliflər almayıb - Rudenko
Yaponiyanın baş naziri Siqeru İsiba bildirmişdi ki, Rusiya ilə çətin münasibətlərə baxmayaraq, Yaponiya ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına sadiqdir.
BAKI, 2 dekabr — Sputnik. Rusiya Yaponiyadan sülh müqaviləsi üzrə danışıqları bərpa etmək üçün rəsmi təkliflər almayıb. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlayıb.
"Baş nazirin verdiyi bəyanatlardan başqa biz sülh müqaviləsi üzrə danışıqların bərpası ilə bağlı hər hansı rəsmi və ya yazılı rəsmi təklif eşitməmişik", Rudenko deyib.
Diplomatın sözlərinə görə, Moskva hazırda Tokionun Rusiyaya qarşı mövqeyini dəyişməyəcəyi halda danışıqların bərpası imkanını görmür.
Bundan əvvəl Yaponiyanın baş naziri Siqeru İsiba bildirmişdi ki, Rusiya ilə çətin münasibətlərə baxmayaraq, Yaponiya ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına sadiqdir.
Rusiya ilə Yaponiya arasındakı münasibətlər uzun illərdir ki, sülh müqaviləsinin olmaması səbəbindən qaneedici deyil. 1956-cı ildə SSRİ və Yaponiya Birgə Bəyannamə imzalayıblar. SSRİ ümid edirdi ki, Birgə Bəyannamə mübahisəyə son qoyacaq, Yaponiya isə bütün adalara olan iddialarından əl çəkmədən sənədi problemin həllinin yalnız bir hissəsi hesab edirdi.
Sonrakı danışıqlar nəticəsiz qaldı və İkinci Dünya Müharibəsinin sonunda sülh müqaviləsi heç vaxt imzalanmadı.
Yaponiya Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə sanksiya paketi qəbul etdikdən sonra Rusiya Xarici İşlər Nazirliyi 2022-ci il martın 21-də Moskvanın Tokionun qeyri-dost addımlarına cavab olaraq Yaponiya ilə sülh müqaviləsi bağlamaqdan imtina etdiyini və viza rejimini dayandırıb. Yaponiya vətəndaşlarının cənub Kuril adalarına sərbəst gediş-gəlişi, o cümlədən adalarda birgə iqtisadi fəaliyyətlərin qurulması ilə bağlı Yaponiya ilə dialoqdan geri çəkilmə elan edilib.