Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Suriyada sabitliyin əldə olunması üçün Türkiyə və İranla birgə hərəkət edəcək

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov (solda) və Türkiyənin xarici işlər naziri Hakan Fidan (sağdan ikinci)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov (solda) və Türkiyənin xarici işlər naziri Hakan Fidan (sağdan ikinci)  - Sputnik Azərbaycan, 1920, 30.11.2024
Abunə olmaq
Lavrov Türkiyə və İran XİN rəhbərləri ilə Suriyadakı vəziyyəti müzakirə edib.
BAKI, 30 noyabr - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı tərəflər Hələb və İdlibdə hərbi eskalasiyadan narahatlığını ifadə ediblər.

“Noyabrın 30-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub. Söhbət Suriyada yaranan vəziyyətlə bağlı olub. Hər iki tərəf Hələb və İdlib əyalətlərində hərbi eskalasiya ilə əlaqədar Suriya Ərəb Respublikasında vəziyyətin təhlükəli inkişafından ciddi narahat olduqlarını bildiriblər”, - məlumatda deyilir.

Qeyd olunur ki, tərəflər, ilk növbədə, “Astana formatı”nın potensialından istifadə etməklə, Suriya Ərəb Respublikasında vəziyyətin sabitləşdirilməsi üçün birgə hərəkətlərin əlaqələndirilməsinin zəruriliyini təsdiqləyiblər.
Elə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Abbas Araqçi ilə də Suriyadakı vəziyyəti müzakirə edib. Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Bildirilir ki, tərəflər Suriyanın suverenliyini dəstəklədiklərini bildiriblər.

“Söhbət zamanı hər iki tərəf silahlı qrupların Hələb və İdlib əyalətlərində törətdiyi terror aktı ilə əlaqədar Suriyada vəziyyətin təhlükəli gərginləşməsindən hədsiz narahat olduqlarını bildiriblər”, - XİN-in məlumatında deyilir.

© © Eduardo Munoz Alvarez / GETTY IMAGES NORTH AMERICA / Getty Images via AFPİranın xarici işlər naziri Abbas Araqçi
Сейид Аббас Аракчи - Sputnik Azərbaycan, 1920, 30.11.2024
İranın xarici işlər naziri Abbas Araqçi
Nazirlikdən bidirilib ki, tərəflər Suriya Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqləyiblər və nazirlər həmçinin Suriyada vəziyyətin sabitləşdirilməsinə yönəlmiş birgə səylərin gücləndirilməsinin və Astana formatı çərçivəsində vəziyyətin təcili hərtərəfli nəzərdən keçirilməsi zəruriliyi barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0