https://sputnik.az/20241129/rusiya-olmasa-ermenistan-da-olmayacaq---rusiya-dovlet-dumasinin-vitse-spikeri-469103873.html
Rusiya olmasa, Ermənistan da olmayacaq - Rusiya Dövlət Dumasının vitse-spikeri
Rusiya olmasa, Ermənistan da olmayacaq - Rusiya Dövlət Dumasının vitse-spikeri
Sputnik Azərbaycan
Pyotr Tolstoy Ermənistanın hazırkı rəhbərliyini Qərblə yaxınlaşmaq kursunu seçdiyinə görə tənqid edib. 29.11.2024, Sputnik Azərbaycan
2024-11-29T19:44+0400
2024-11-29T19:44+0400
2024-11-29T22:06+0400
rusiya
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
pyotr tolstoy
dövlət duması
rusiya dövlət duması
https://cdnn1.img.sputnik.az/img/42301/83/423018391_0:0:2971:1671_1920x0_80_0_0_906789196b2ee7b57db56705e48f21f8.jpg
BAKI, 29 noyabr - Sputnik. “Münasibətlərimizin bir əsrlik tarixi onu göstərir ki, Rusiya olmasa, Ermənistan da olmayacaq. Lakin Ermənistanın hazırkı rəhbərliyi Qərblə yaxınlaşmaq kursunu seçib”.Bunu “news.am”a müsahibəsində Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib.O həmçinin Ermənistanı Qərbin diktə etdiyi qaydalar çərçivəsində və erməni xalqının iradəsinə zidd addımlar atmaqda da günahlandırıb.P. Tolstoy deyib ki, Dövlət Duması Rusiya-Ermənistan münasibətlərinin yaxşılaşmasına tərəfdardır:“Erməni xalqı onu əsrlər boyu hansı dövlətin müdafiə etdiyini çox yaxşı bilir. Nə Qərbin addımları, nə də Avropa ailəsinə üzv olmaq arzusu Ermənistanın gənclərində antirusiya mövqeyinin formalaşmasına imkan verəcək. Duma da Rusiya ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasının lehinədir. Lakin Ermənistan kursunu dəyişir".Tolstoy əlavə edib ki, Rusiya ilə əlaqələrin normallaşması üçün Ermənistan orada fəaliyyət göstərən və qeyri-konstruktiv mövqedə olan 2500 təşkilatın fəaliyyətini dayandırmalıdır. "Ermənistanın bir nömrəli problemi Qərb və Avropa ilə əməkdaşlığın ölkəni xilas edəcəyi barədə xəyallarıdır. Bu mövqeyi həm Nikol Paşinyan, həm də onun tərəfdarları dəstəkləyir” - deyə Dumanın vitse-spikeri əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42301/83/423018391_35:0:2766:2048_1920x0_80_0_0_8f06054b8862e10b549487def3044384.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, pyotr tolstoy , dövlət duması, rusiya dövlət duması
ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, pyotr tolstoy , dövlət duması, rusiya dövlət duması
Rusiya olmasa, Ermənistan da olmayacaq - Rusiya Dövlət Dumasının vitse-spikeri
19:44 29.11.2024 (Yenilənib: 22:06 29.11.2024) Pyotr Tolstoy Ermənistanın hazırkı rəhbərliyini Qərblə yaxınlaşmaq kursunu seçdiyinə görə tənqid edib.
BAKI, 29 noyabr - Sputnik. “Münasibətlərimizin bir əsrlik tarixi onu göstərir ki, Rusiya olmasa, Ermənistan da olmayacaq. Lakin Ermənistanın hazırkı rəhbərliyi Qərblə yaxınlaşmaq kursunu seçib”.
Bunu “news.am”a müsahibəsində Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib.
O həmçinin Ermənistanı Qərbin diktə etdiyi qaydalar çərçivəsində və erməni xalqının iradəsinə zidd addımlar atmaqda da günahlandırıb.
P. Tolstoy deyib ki, Dövlət Duması Rusiya-Ermənistan münasibətlərinin yaxşılaşmasına tərəfdardır:
“Erməni xalqı onu əsrlər boyu hansı dövlətin müdafiə etdiyini çox yaxşı bilir. Nə Qərbin addımları, nə də Avropa ailəsinə üzv olmaq arzusu Ermənistanın gənclərində antirusiya mövqeyinin formalaşmasına imkan verəcək. Duma da Rusiya ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasının lehinədir. Lakin Ermənistan kursunu dəyişir".
Tolstoy əlavə edib ki, Rusiya ilə əlaqələrin normallaşması üçün Ermənistan orada fəaliyyət göstərən və qeyri-konstruktiv mövqedə olan 2500 təşkilatın fəaliyyətini dayandırmalıdır.
"Ermənistanın bir nömrəli problemi Qərb və Avropa ilə əməkdaşlığın ölkəni xilas edəcəyi barədə xəyallarıdır. Bu mövqeyi həm Nikol Paşinyan, həm də onun tərəfdarları dəstəkləyir” - deyə Dumanın vitse-spikeri əlavə edib.