https://sputnik.az/20241129/putin-rusiyada-basqa-yeni-raket-sistemleri-yarana-biler-469071015.html
Putin: Rusiyada başqa yeni raket sistemləri yarana bilər
Putin: Rusiyada başqa yeni raket sistemləri yarana bilər
Sputnik Azərbaycan
Rusiya raket istehsalı üzrə bütün NATO ölkələrini ümumilikdə 10 dəfə üstələyir. 29.11.2024, Sputnik Azərbaycan
2024-11-29T23:00+0400
2024-11-29T23:00+0400
2024-11-29T23:00+0400
raket
rusiya
vladimir putin
atacms
atacms raketləri
"oreşnik" ballistik raketi
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/07/12/444096895_0:0:1920:1080_1920x0_80_0_0_e0285a251ca871029e236fc28595dd73.jpg
BAKI, 29 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında çıxışı zamanı Rusiya Federasiyasında yaxın gələcəkdə digər silahların yarana biləcəyini qeyd edib. Bu barədə "TASS" Rusiya dövlət başçısının sözlərinə istinadən xəbər verir. "Bizim bu növ məhsulların menyusunda yaxın gələcəkdə digər məhsullar da yarana bilər, necə deyərlər, müştəri mütləq razı qalacaq", Rusiya lideri vurğulayıb. Vladimir Putin qeyd edib ki, Rusiya raket istehsalı üzrə bütün NATO ölkələrini ümumilikdə 10 dəfə üstələyir. Eyni zamanda, Rusiya başçısının sözlərinə görə, yaxın gələcəkdə RF onların sayını 25% artıracaq. Prezident konkret olaraq hansı raket sistemlərindən və raketlərdən bəhs etdiyini açıqlamayıb. Xatırladaq ki, ABŞ-ın ATACMS və Böyük Britaniyanın "Storm Shadow" uzaqmənzilli raketlərlə Rusiya ərazisindəki hədəflərə hücumlarından sonra Rusiya Prezidenti Vladimir Putin noyabrın 21-də xüsusi çıxış edib. Dövlət başçısı bildirib ki, Qərb ölkələrinin hərəkətlərinə cavab olaraq Rusiya "Oreşnik" orta mənzilli raket kompleksindən istifadə edərək Dnepropetrovskdakı "Yujmaş" hərbi zavoduna zərbə endirib. Rusiya lideri müraciətində vurğulayıb ki, heç bir müasir hava hücumundan müdafiə sistemləri belə zərbələri dəf edə bilməyəcək, ona görə də gələcəkdə Ukrayna əhalisinə təxliyyə imkanlarını təmin etmək üçün əvvəlcədən xəbərdarlıq ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/12/444096895_480:0:1920:1080_1920x0_80_0_0_cf149913cedecdaa3bb18845ccaa0b71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
raket, vladimir putin, atacms, atacms raketləri , "oreşnik" ballistik raketi, nato
raket, vladimir putin, atacms, atacms raketləri , "oreşnik" ballistik raketi, nato
Putin: Rusiyada başqa yeni raket sistemləri yarana bilər
Rusiya raket istehsalı üzrə bütün NATO ölkələrini ümumilikdə 10 dəfə üstələyir.
BAKI, 29 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında çıxışı zamanı Rusiya Federasiyasında yaxın gələcəkdə digər silahların yarana biləcəyini qeyd edib.
Bu barədə "TASS" Rusiya dövlət başçısının sözlərinə istinadən xəbər verir.
"Bizim bu növ məhsulların menyusunda yaxın gələcəkdə digər məhsullar da yarana bilər, necə deyərlər, müştəri mütləq razı qalacaq", Rusiya lideri vurğulayıb.
Vladimir Putin qeyd edib ki, Rusiya raket istehsalı üzrə bütün NATO ölkələrini ümumilikdə 10 dəfə üstələyir. Eyni zamanda, Rusiya başçısının sözlərinə görə, yaxın gələcəkdə RF onların sayını 25% artıracaq. Prezident konkret olaraq hansı raket sistemlərindən və raketlərdən bəhs etdiyini açıqlamayıb.
Xatırladaq ki, ABŞ-ın ATACMS və Böyük Britaniyanın "Storm Shadow" uzaqmənzilli raketlərlə Rusiya ərazisindəki hədəflərə hücumlarından sonra Rusiya Prezidenti Vladimir Putin noyabrın 21-də xüsusi çıxış edib. Dövlət başçısı bildirib ki, Qərb ölkələrinin hərəkətlərinə cavab olaraq Rusiya "Oreşnik" orta mənzilli raket kompleksindən istifadə edərək Dnepropetrovskdakı "Yujmaş" hərbi zavoduna zərbə endirib.
Rusiya lideri müraciətində vurğulayıb ki, heç bir müasir hava hücumundan müdafiə sistemləri belə zərbələri dəf edə bilməyəcək, ona görə də gələcəkdə Ukrayna əhalisinə təxliyyə imkanlarını təmin etmək üçün əvvəlcədən xəbərdarlıq ediləcək.