Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Qulaqcıqları çıxarın: Bu metro stansiyalarında qatarların hərəkəti dəyişəcək

© Sputnik / Murad OrujovBakı metrosu
Bakı metrosu - Sputnik Azərbaycan, 1920, 29.11.2024
Abunə olmaq
"İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətindən "Həzi Aslanov" stansiyasına getmək istəyən sərnişinlər "Əhmədli" stansiyasında qatarı tərk etməli və digər yoldan gələn qatarı gözləməlidirlər.
BAKI, 29 noyabr — Sputnik. Bakı metrosunun "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar "Həzi Aslanov" və "Əhmədli" stansiyaları arasında fərqli hərəkət cədvəli təşkil ediləcək.
Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-dən bildirilib. Məlumata görə, iki stansiya arasında qatarların hərəkət intervalı 10 dəqiqə olacaq.
Bakı metropoliteninin digər stansiyaları istiqamətində hərəkət etmək istəyən sərnişinlər "Əhmədli" stansiyasında qatardan enərək digər yoldan "İçərişəhər" və "Dərnəgül" qatarları ilə hərəkət etməlidirlər.
"İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətindən "Həzi Aslanov" stansiyasına getmək istəyən sərnişinlər "Əhmədli" stansiyasında qatarı tərk etməli və digər yoldan gələn qatarı gözləməlidirlər.
Qurum qatarların yeni hərəkət qrafiki, iki stansiya arasında intervalı nəzərə alaraq, "Həzi Aslanov" stansiyasından istifadə edən sərnişinlərdən səfər planlarını qurarkən mövcud interval fərqlərini nəzərə almalarını xahiş edir. Eyni zamanda sərnişinlərdən "Əhmədli" stansiyasında da diqqətli olmaq xahiş edilir.
Stansiyada mobil cihazlardan mümkün qədər az istifadə etmək, marşrut tablolarında istiqamət göstəricilərindəki məlumatları nəzərdən qaçırmamaq vacibdir. Həmçinin stansiyada veriləcək elanlara, növbətçinin məlumatlarına diqqət yetirmək, hərəkət ediləcək istiqamət üzrə yanlışlığa yol verməmək üçün qulaqlıqlardan mümkün qədər az istifadə edilməsi tövsiyə olunur.
14.06.24, 21:34
Metroda qatarların hərəkət qrafiki dəyişir
Yay istirahəti dövrünün başlanması və tədris mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, iyun ayının 20-dən yeni tədris mövsümü başlanana qədər metropolitendə iş və qeyri-iş günlərində iki fərqli iş qrafiki tətbiq ediləcək.
Hər iş günü qatarların hərəkəti "Həzi Aslanov" - "28 May" sahəsində və əks istiqamətdə saat 07:00-dan saat 21:00-a qədər interval 2,5 dəqiqə təşkil edəcək.
İş günlərində sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq.
Şənbə və bazar, eləcə də bayram və digər qeyri-iş günlərində qatarlar arasında qatarlararası interval saat 07:00-dan 21:00-a qədər "Həzi Aslanov" - "28 May" sahəsində 3 dəqiqə olmaqla tənzimlənəcək.
"Qırmızı" və "Yaşıl" xətlərin birləşdiyi "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyalarına doğru qatarlar iki dəfə artıq intervalla hərəkət edəcək.
"Bənövşəyi" xətdə və "Xətai" - "Cəfər Cabbarlı" mənzilində qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.
Sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər amillər nəzərə alınacaq. Bu məqsədlə monitorinqlər gün ərzində davam etdirilməklə, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq. Stansiyaların sərnişindaşıma prosesinə cəlb edilən qurğu və avadanlıqlarının, o cümlədən eskalatorların iş rejimi diqqətdə saxlanılmaqla, zəruri olan tənzimləmələr nəzərə alınacaq.
Xətlərin "28 May" stansiyasında birləşməsi, iki xəttin cəmi bir elektrik deposunun olması və onun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər "Həzi Aslanov" - "Ulduz" sahəsində bəzən iki qatarın "Dərnəgül" və yaxud "İçərişəhər" istiqamətində hərəkətini müşahidə edə bilər. Bununla yanaşı, qatarların texniki qulluq məqsədilə "Nərimanov" stansiyasından elektrik deposuna yola salınması və həmçinin "Bakmil" stansiyasından xəttə daxil olması ilə əlaqədar "Ulduz" - "Həzi Aslanov" sahəsində intervallar daha çox ola bilər.
İyunun 20-də "Bakmil" stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli "Bakı Metropoliteni" QSC-nin rəsmi saytının müvafiq bölməsində dərc olunacaq.
Yeni tədris mövsümünün əvvəlində Bakı metropolitenində payız-qış qrafikinin tətbiqinə başlanılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0