https://sputnik.az/20241128/rusiyanin-nuve-cetiri-ilk-novbede-ktmt-olkelerini-qoruyur---soyqu-469059674.html
Rusiyanın nüvə çətiri ilk növbədə KTMT ölkələrini qoruyur - Şoyqu
Rusiyanın nüvə çətiri ilk növbədə KTMT ölkələrini qoruyur - Şoyqu
Sputnik Azərbaycan
Şoyqu xatırladıb ki, nüvə silahından istifadə meyarları indi adi silahlarla Belarusa təcavüz edildikdə və Belarusun mövcudluğuna təhlükə yarandıqda doktrinal... 28.11.2024, Sputnik Azərbaycan
2024-11-28T22:12+0400
2024-11-28T22:12+0400
2024-11-28T22:12+0400
ktmt
rusiya
sergey şoyqu
sergey şoyqu
ktmt
kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı
kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755125_0:194:2953:1855_1920x0_80_0_0_59023b4f3cec47a3a93ce8c327779646.jpg
BAKI, 28 noyabr — Sputnik. Yenilənmiş nüvə doktrinasına əsasən Rusiyanın nüvə çətiri ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinə şamil edilir. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib. "Əvvəla, demək istəyirəm ki, köhnə doktrina bizim müttəfiqlərimiz üçün də bu çətiri nəzərdə tuturdu. Bu hər kəsə aydın idi, indi də qəti şəkildə qeyd olununb. Yeni doktrinaya gəlincə, təbii ki, söhbət ilk növbədə KTMT ölkələrindən, xüsusən də Belarusdan gedir", - Şoyqu deyib. Şoyqu xatırladıb ki, nüvə silahından istifadə meyarları indi adi silahlarla Belarusa təcavüz edildikdə və Belarusun mövcudluğuna təhlükə yarandıqda doktrinal olaraq müəyyən edilir. Noyabrın 19-da Vladimir Putin Rusiyanın nüvə doktrinasının yenilənməsi və genişlənməsi haqqında fərman imzalayıb. İndən belə nüvə silahı olmayan ölkə nüvə gücündən dəstək alıb Rusiyaya hücum etsə, rəsmi Moskva kütləvi qırğın silahından yararlana biləcək. Kreml bu addımı Co Baydenin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsi verəndən bir neçə gün sonra atıb. Yenilənmiş doktrinada qeyd edilib ki, Rusiya özünə qarşı dağıdıcı hücum və raketlərin sərhədini keçməsi barədə "güvənli" bilgilər alandan sonra nüvə silahından istifadə etmək imkanını gözdən keçirəcək. Rəsmi Moskva nüvə silahına sahib olmayan ölkəyə nüvə silahı olanın iştirakı və ya dəstəyi ilə gerçəkləşən hücumu özünə qarşı ortaq hücum kimi dəyərləndirəcək. Doktrinada nüvə silahının cavab olaraq istifadə edilə biləcəyi dövlət və hərbi blokların siyahısı genişləndirilib. Üstəlik, nüvə silahından yararlanmaqla neytrallaşdırılacaq hərbi təhdidlərin siyahısı da qeyd edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755125_110:0:2841:2048_1920x0_80_0_0_c4bd9fb76794183c9a4abc98c85c6341.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, sergey şoyqu, sergey şoyqu, ktmt, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı
ktmt, sergey şoyqu, sergey şoyqu, ktmt, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı
Rusiyanın nüvə çətiri ilk növbədə KTMT ölkələrini qoruyur - Şoyqu
Şoyqu xatırladıb ki, nüvə silahından istifadə meyarları indi adi silahlarla Belarusa təcavüz edildikdə və Belarusun mövcudluğuna təhlükə yarandıqda doktrinal olaraq müəyyən edilir.
BAKI, 28 noyabr — Sputnik. Yenilənmiş nüvə doktrinasına əsasən Rusiyanın nüvə çətiri ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinə şamil edilir. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
"Əvvəla, demək istəyirəm ki, köhnə doktrina bizim müttəfiqlərimiz üçün də bu çətiri nəzərdə tuturdu. Bu hər kəsə aydın idi, indi də qəti şəkildə qeyd olununb. Yeni doktrinaya gəlincə, təbii ki, söhbət ilk növbədə KTMT ölkələrindən, xüsusən də Belarusdan gedir", - Şoyqu deyib.
Şoyqu xatırladıb ki, nüvə silahından istifadə meyarları indi adi silahlarla Belarusa təcavüz edildikdə və Belarusun mövcudluğuna təhlükə yarandıqda doktrinal olaraq müəyyən edilir.
Noyabrın 19-da Vladimir Putin Rusiyanın nüvə doktrinasının yenilənməsi və genişlənməsi haqqında fərman imzalayıb. İndən belə nüvə silahı olmayan ölkə nüvə gücündən dəstək alıb Rusiyaya hücum etsə, rəsmi Moskva kütləvi qırğın silahından yararlana biləcək.
Kreml bu addımı Co Baydenin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsi verəndən bir neçə gün sonra atıb.
Yenilənmiş doktrinada qeyd edilib ki, Rusiya özünə qarşı dağıdıcı hücum və raketlərin sərhədini keçməsi barədə "güvənli" bilgilər alandan sonra nüvə silahından istifadə etmək imkanını gözdən keçirəcək.
Rəsmi Moskva nüvə silahına sahib olmayan ölkəyə nüvə silahı olanın iştirakı və ya dəstəyi ilə gerçəkləşən hücumu özünə qarşı ortaq hücum kimi dəyərləndirəcək.
Doktrinada nüvə silahının cavab olaraq istifadə edilə biləcəyi dövlət və hərbi blokların siyahısı genişləndirilib. Üstəlik, nüvə silahından yararlanmaqla neytrallaşdırılacaq hərbi təhdidlərin siyahısı da qeyd edilib.