Пейзаж гор в городе Гусар - Sputnik Azərbaycan, 1920
BÖLGƏ
Azərbaycanla qonşu ölkələrdə və ərazilərdə baş verən hadisələr

Kobaxidze: Gürcüstanda "milli Maydan" cəhdi iflasa uğrayıb

© Sputnik / StringerИраклий Кобахидзе
Ираклий Кобахидзе - Sputnik Azərbaycan, 1920, 04.12.2024
Abunə olmaq
Gürcüstan Nazirlər Kabinetinin rəhbəri deyib ki, ölkə hakimiyyəti bundan sonra da vətəndaşların maraqlarının müdafiəsinə davam edəcək.
BAKI, 4 dekabr — Sputnik. Gürcüstanda siyasi müxalifətin ölkədə "milli Maydan" keçirmək cəhdləri baş tutmayıb.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında deyib.
"Uğursuz "milli Maydan" cəhdindən sonra müəyyən qüvvələrin, zorakı qruplaşmaların hansısa yolla ölkəmizin maraqlarına xələl gətirmək üçün hərəkətə keçdiklərini görürsüz" - Gürcüstanın Baş naziri vurğulayıb.
Kobaxidzenin sözlərinə görə, bu cəhdlər uğursuzluğa məhkumdur.
Gürcüstan Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, ölkə hakimiyyəti bundan sonra da vətəndaşların maraqlarını müdafiə etməyə davam edəcək.
Qeyd edək ki, Gürcüstanın hüquq-mühafizə orqanları dekabrın 3-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı 22 nəfəri saxladığını bildirib. Öz növbəsində ölkənin Səhiyyə Nazirliyi məlumat verib ki, 11-i mitinq iştirakçısı, üçü jurnalist və biri hüquq-mühafizə orqanının nümayəndəsi olmaqla, 15 nəfər təcili tibbi yardım briqadaları tərəfindən tibb müəssisələrə çatdırılıb. Çərşənbə axşamı gecə saatlarında müxalifət Tbilisidə növbəti mitinq keçirib. Etirazçılar polisə pirotexniki vasitələrlə hücum ediblər, xüsusi təyinatlılar isə gözyaşardıcı qaz və su şırnaqları ilə cavab veriblər.
Xatırladaq ki, noyabrın 28-dən etibarən Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakimiyyətin 2028-ci ilə qədər ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların dayandırılması barədə bəyanatından sonra etiraz aksiyaları keçirilir. Respublikanın Baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, bu qərar qrant və kreditlərdən şantaj vasitəsi kimi istifadə edən avropalı siyasətçilərin qəbuledilməz hərəkətləri ilə diktə edilib. O, həmçinin Avropa Parlamentini Gürcüstana qarşı "illər boyu səslənən təhqirlərə" görə tənqid edib.
28.11.24, 14:25
Kobaxidze Gürcüstanın Baş naziri oldu
Gürcüstan Rusiyaya yönəlik praqmatik siyasəti davam etdirəcək. Bunu Gürcüstanın baş nazirliyinə namizəd İrakli Kobaxidze hökumət proqramını parlamentin təsdiqinə təqdim edərkən bildirib.
"Gürcüstan-Rusiya münasibətlərinə gəlincə, bizim praqmatik siyasətimiz olacaq", - Kobaxidze bildirib.
Onun sözlərinə görə, Gürcüstanın əməl edəcəyi "qırmızı xətlər" var.
2022-ci ilin fevralında o vaxt baş nazir postunu tutan İrakli Qaribaşvili bəyan etmişdi ki, Gürcüstan Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına cavab olaraq Qərbin tətbiq etdiyi çoxsaylı anti-Rusiya sanksiyalarına qoşulmayacaq. Eyni zamanda, Gürcüstan hakimiyyəti sanksiyalardan yan keçmək üçün öz ərazilərindən istifadəyə icazə vermir.
Gürcüstan parlamenti səs çoxluğu ilə İrakli Kobaxidzeni baş nazir vəzifəsinə təsdiq edib.
Parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, səksən dördü lehinə, sıfırı əleyhinə olmaqla səs verilib.
Yeni, 11-ci çağırış Gürcüstan parlamentinin plenar iclasında Kobaxidzenin rəhbərlik etdiyi hökumətin yenilənmiş tərkibinə, eləcə də hökumət proqramına inamını ifadə edib. Hökumətdə üç yeni nazir var. Onlar xarici işlər naziri Maka Boçorişvili, ədliyyə naziri Anri Oxanaşvili və Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri David Sonqulaşvilidir.
Xəbər lenti
0