https://sputnik.az/20241127/rusiya-qazaxistanin-en-boyuk-ticaret-iqtisadi-terefdaslarindan-biri-olaraq-qalir---putin-469050749.html
Rusiya Qazaxıstanın ən böyük ticarət-iqtisadi tərəfdaşlarından biri olaraq qalır - Putin
Rusiya Qazaxıstanın ən böyük ticarət-iqtisadi tərəfdaşlarından biri olaraq qalır - Putin
Sputnik Azərbaycan
Dövlət başçısı əlavə edib ki, Rusiya Qazaxıstanla humanitar əlaqələrin inkişafını yüksək qiymətləndirir. 27.11.2024, Sputnik Azərbaycan
2024-11-27T17:58+0400
2024-11-27T17:58+0400
2024-11-27T17:59+0400
rusiya
ktmt
rusiya prezidenti vladimir putin
kasım-jomart tokayev
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1c/449054295_0:0:3241:1824_1920x0_80_0_0_bd9a978a3351ca233c51ac5b7a5a8f58.jpg
BAKI, 27 noyabr — Sputnik. Moskva ilə Astana arasında münasibətlər ən dinamik və yaxşı şəkildə inkişaf edir. Bunu Rusiya prezidenti Vladimir Putin məhdud tərkibdə danışıqlarda qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevə deyib. Rusiya lideri diqqəti hazırkı danışıqlar üçün bütöv bir sıra sənədlərin hazırlandığına diqqət çəkib:"Bu, birgə bəyanat və müxtəlif sahələrdə bütöv (sazişlər) paketidir. Rusiya Qazaxıstanın ən böyük ticarət-iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Ticarət dövriyyəsi keçən il təxminən 28,5 milyard dollar olub, Qazaxıstan iqtisadiyyatına 13 milyard dollar sərmayə qoyulub və o yetərincə artır", - Rusiya prezidenti bildirib. Dövlət başçısı əlavə edib ki, Rusiya Qazaxıstanla humanitar əlaqələrin inkişafını yüksək qiymətləndirir. Rusiya dövlətinin başçısı Rusiya ilə Qazaxıstan arasında regionlararası əməkdaşlığın inkişafının uğurunu da qeyd edib. Putin Tokayevə Rusiya-Qazaxıstan əlaqələrinin inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edib. "Biz Qazaxıstan prezidentinin diqqətini hiss edirik", - Putin vurğulayıb. Rusiya prezidenti Tokayevi MDB-nin Sankt-Peterburqda keçiriləcək Yeni il öncəsi sammitinə dəvət edib. Putin həmçinin Tokayevə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd etmək dəvətini təkrarlayıb."Əlbəttə, mən sizi Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı yubiley şənliklərində gözləyirəm, bu, bizim ümumi qələbəmizdir", - Rusiya lideri bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1c/449054295_116:0:2847:2048_1920x0_80_0_0_7028a6fb4c36e3849f50f39452f621bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, rusiya prezidenti vladimir putin, kasım-jomart tokayev
ktmt, rusiya prezidenti vladimir putin, kasım-jomart tokayev
Rusiya Qazaxıstanın ən böyük ticarət-iqtisadi tərəfdaşlarından biri olaraq qalır - Putin
17:58 27.11.2024 (Yenilənib: 17:59 27.11.2024) Dövlət başçısı əlavə edib ki, Rusiya Qazaxıstanla humanitar əlaqələrin inkişafını yüksək qiymətləndirir.
BAKI, 27 noyabr — Sputnik. Moskva ilə Astana arasında münasibətlər ən dinamik və yaxşı şəkildə inkişaf edir. Bunu Rusiya prezidenti Vladimir Putin məhdud tərkibdə danışıqlarda qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevə deyib.
"Biz dostuq və işgüzar əlaqələr saxlayırıq. Hər şey ən dinamik, mümkün olan ən yaxşı şəkildə inkişaf edir, biz daim təmasdayıq", - Rusiya dövlətinin başçısı bildirib.
Rusiya lideri diqqəti hazırkı danışıqlar üçün bütöv bir sıra sənədlərin hazırlandığına diqqət çəkib:
"Bu, birgə bəyanat və müxtəlif sahələrdə bütöv (sazişlər) paketidir. Rusiya Qazaxıstanın ən böyük ticarət-iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Ticarət dövriyyəsi keçən il təxminən 28,5 milyard dollar olub, Qazaxıstan iqtisadiyyatına 13 milyard dollar sərmayə qoyulub və o yetərincə artır", - Rusiya prezidenti bildirib.
Dövlət başçısı əlavə edib ki, Rusiya Qazaxıstanla humanitar əlaqələrin inkişafını yüksək qiymətləndirir.
"Əlbəttə, biz humanitar əlaqələrin vətəndaş cəmiyyətləri, təhsil və elm vasitəsilə inkişafını çox yüksək qiymətləndiririk. Rusiya Federasiyasında təhsil alan əcnəbi tələbələrin əksəriyyəti Qazaxıstanın nümayəndələridir", - Putin bildirib.
Rusiya dövlətinin başçısı Rusiya ilə Qazaxıstan arasında regionlararası əməkdaşlığın inkişafının uğurunu da qeyd edib.
Putin Tokayevə Rusiya-Qazaxıstan əlaqələrinin inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edib.
"Biz Qazaxıstan prezidentinin diqqətini hiss edirik", - Putin vurğulayıb.
Rusiya prezidenti Tokayevi MDB-nin Sankt-Peterburqda keçiriləcək Yeni il öncəsi sammitinə dəvət edib.
"Ümid edirəm ki, bizim ənənəmizə uyğun olaraq, sizi ilin sonunda MDB çərçivəsində Sankt-Peterburqda məhdud formatda qeyri-rəsmi Yeni il qabağı görüşdə görəcəyəm", - Rusiya lideri qeyd edib.
Putin həmçinin Tokayevə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd etmək dəvətini təkrarlayıb.
"Əlbəttə, mən sizi Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı yubiley şənliklərində gözləyirəm, bu, bizim ümumi qələbəmizdir", - Rusiya lideri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.