Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

London anti-Rusiya siyasətində aparıcı rol oynayır - Zaxarova

© SputnikRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 27.11.2024
Abunə olmaq
Rusiya XİN-in rəsmi sözçüsü qeyd edib ki, Böyük Britaniya Qərbin anti-Rusiya siyasətində aparıcı rol oynayır.
BAKI, 27 noyabr — Sputnik. London Qərb ölkələrinin anti-Rusiya siyasətində aparıcı rol oynayır. Bu barədə "RİA Novosti" Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın söylədiklərinə istinadən xəbər verib.

"Onlar ideoloji, siyasi, maliyyə, iqtisadi sahədə Qərbin anti-Rusiya siyasətində aparıcı rol oynayırlar. Bunu təkcə bizimlə etmirlər. Bu, onların həyat tərzidir. Onlar bir çox ölkələrin, maliyyəçilərin və iri sahibkarların şəxsi, dövlət aktivlərini ələ keçirir və dondururlar", - Zaxarova "Sputnik" radiosunda deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin vurğulayıb ki, iqtisadi müharibəni məhz Böyük Britaniya başladıb, Rusiya diplomatlarına qarşı təqiblərin təşəbbüskarı da sırf bu dövlət olub və London Rusiya diplomatlarının NATO ölkələrindən əsassız olaraq çıxarılmasında mühüm rol oynaylb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0